Mətbuat 15.01.2020 18:10

ATƏT-in SMM təmsilçisi Mətbuat Şurasında oldu

Bu gün ATƏT-in Azərbaycanda Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina Mətbuat Şurasında (MŞ) olub.

Rakus.az xəbər verir ki, MŞ-dan bildirilib ki, qurumun sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun missiyasından söz açıb. Şuranın seçki dövrlərindəki iş prinsipləri barədə məlumat verən Ə. Amaşov bir neçə istiqaməti fərqləndirib. Bunlardan birincisi, ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin seçki ilə bağlı materiallarının monitorinqidir. İkinci istiqamət seçki günü jurnalistlərin peşə vəzifələrini sərbəst yerinə yetirmələri üçün imkanın yaradılmasına çalışmaqdır. Bunun üçün fevralın 9-da Şurada «qaynar xətt» yaradılacaq və jurnalistlər hər hansı maneə ilə üzləşəcəkləri halda ora məlumat verə biləcəklər. Daha bir istiqamət isə MŞ-nin İdarə Heyətinin üzvlərinin müxtəlif dairə və məntəqələrdə apardıqları müşahidələrdir. Onlar da öz növbələrində yerlərdə jurnalistlərə yaradılmış şəraitlə tanış olacaqlar.

ATƏT-in Azərbaycanda Seçki Müşahidə Missiyasının təmsilçisi K.Kalinina missiyanın görəcəyi işlər barədə məlumat verib. Bununla bağlı MŞ ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb.

MŞ sədrinin müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin də qatıldıqları görüşdə həmçinin Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı məsələlər, medianın durumu ətrafında müzakirə aparılıb. (apa.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası”
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir