Müsahibə 13.05.2020 13:00

ATU rektoru: “Virisun varlığını inkar edənlər daha təhlükəlidir” – MÜSAHİBƏ

Hər zaman pandemiya onu yaşayan cəmiyyət və hər bir üzvü üçün stressdir. Belə gərgin durum istər-istəməz insanların psixologiyasına təsir edir. Bunu Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bildirib.

Rakus.az xəbər verir ki, onun sözlərinə görə, insanların psixoloji durumu tam fərqli olduğuna görə, onların bu cür situasiyalara reaksiyası da müxtəlif olur. Belə dövrlərdə insanlar əsasən iki psixoloji qrupa bölünür: virusdan qorxanlar və  onun varlığını inkar edənlər.

-Məsələn, həddindən artıq həssas, tez həyəcanlanmağa meylli insanlar qorxuya düşürlər. Həkim kimi deyə bilərəm ki, bu qrupa aid insanlarda belə dövrdə həddən artıq narahatlıq yaranır, həyəcanlanmaları kəskinləşir. Bu hal xüsusilə də müxtəlif xəstəliklərdən qorxan insanlarda müşahidə edilir.

Digər psixoloji qrupa aid insanlar isə pandemiyaya əks reaksiya verənlərdir. Yəni, onlar düşünürlər ki, belə bir virus yoxdur, bunların hamısı boş söhbətlərdir, bu, adi soyuqdəymədir. Sanki həmin insanlar reallığı inkar edir. Bütün dünya bu barədə danışsa da, yalnız onlar reallığı qəbul etmirlər. İstər birinci, istərsə də ikinci psixoloji hal insanın davranışına təsir edir.

Gəray müəllim, bir mütəxəssis kimi nə deyə bilərsiz, hansı qrupa aid insanlar daha düzgün mövqe tutmuş olurlar?

-İkinci qrupa aid olan insanlar – yəni, virusun, xəstəliyin varlığını inkar edənlər bu gün üçün daha təhlükəlidir. Çünki həddindən artıq qorxan adam ancaq özünə əzab verir, ancaq özü bundan əziyyət çəkir, özünü qorusa da, stress keçirir, bu, onda yuxu pozuntusu, iştahsızlıq kimi hallara gətirib çıxarır. Bu vəziyyət artıq çoxaldıqda ailə üzvləri onu psixiatr müayinəsinə aparır. İkinci qrupa aid olanlar isə xəstəliyə inanmadıqları üçün təhlükəsizlik qaydalarına da riayət etmirlər – sosial məsafəni qorumur, maska taxmırlar və digər tövsüyələrə riayət etmirlər. Nəticədə yalnız özləri üçün yox, həm də yaxınları, ailə üzvləri, ətrafdakıların hamısına risk yaratmış olurlar.

Bu xəstəliyin müəyyən siptomları var. Onu bəziləri ağır keçirir, amma yüngül formada keçirənlər də olur. Bu, xəstənin yaşından, yanaşı gedən xəstəliklərdən və insanın immunitetindən asılıdır. Tam səmimi deyə bilərəm ki, COVİD-19-a yoluxan insanlarda xəstəliyin necə keçəcəyini, hansı formada olacağını əvvəlcədən bilmək mümkün olmur. Təəssüflə qeyd edim ki, istər ölkə rəhbərliyi, istər səhiyyə orqanlarının dəfələrlə müraciətinə baxmayaraq, insanlar hələ də buna yüngül bir hal kimi yanaşırlar.

-Siz xəstəliyə həddən artıq dramatik yanaşan və  baş verənlərə yüngül yanaşan insanlardan danışdınız. Bəs pandemiya duruma adekvat yanaşan, özünü normal aparan insanların psixologiyasında hansısa formada iz buraxır?

-Əslində, indi koronavirus hər kəsin psixologiyasında dominantlıq təşkil edir. Fikir verin, hamımız mətbuatdan asılıyıq, hər birimiz xəbərləri, göstəriciləri diqqətlə izləyirik. Dünya üzrə statistikanın təhlili göstərir ki, hansı ölkədə vətəndaşlar problemin məsuliyyətini dərk edib, qaydalara karantin tədbirlərinə daha çox riayət edirsə, o ölkələrdə xəstə və yoluxma sayı da azalır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, ölkəmizdə yoluxmada azalma tendensiyası heç kimi arxayın etməməlidir. Çünki karantin rejimi bir qədər yumşaldılan kimi rəqəmlər artır. Əgər birinci dalğanı yaşamışıqsa, heç kim bizi ikinci dalğadan sığortalamır və bunun birincidən yumşaq olacağı zəmanətini də heç kim vermir. Buna görə də hər kəs bilməlidir ki, təhlükəsizlik qaydaları bütün xalqın, hər kəsin özünün, ailə üzvlərinin sağlamlığı üçün vacibdir.

-Siz həm də Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvüsünüz. Bu fonddakı vəsaitlərin xərc istiqamətləri barədə nə deyə bilərsiniz? Hansı istiqamətə diqqəti artırmaq önəmlidir?

-Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin bir neçə istiqamətdə istifadəsi nəzərdə tutulub. Bunlardan biri də elmi təqdiqat işləri ilə bağlıdır. Biz vaxtında qabaqlayıcı tədbirlər gördüyümüzə görə, koronavirusla mübarizənin önündəyik. Bu, çox vacib məsələdir. Hazırda COVID-19-un koronavirusun bioloji, mikrobioloji, kliniki xüsusiyyətləri haqqında dünyada tam təsdiqlənmiş məlumatlar yoxdur. Bir ay öncə virusun xüsusiyyətləri haqqında deyilən fikirlər indi dəyişib. Hətta xəstəliyin fərqli əlamərtləri də ortaya çıxır. Hələlik koronavirus infeksiyasına qarşı tam təsdiqini tapmış protokol yoxdur. Hazırda koronavirus infeksiyası üçün spesifik, məhz bu infeksiya üçün istifadə olunan müalicə üsulu da yoxdur. Hələ xəstəliyin peyvəndi də hazırlanmayıb. Peyvənd hazırlansa belə, onun effektivliyi, yan təsirlərinin necə olacağı hələ bilinmir. Məncə bu fondda olan vəsaitlərin bir qismi elmi tədqiqatlara istifadə olunmalıdır.

Mən inanıram ki, bəşəriyyət mütləq COVİD-19 infeksiyasına qalib gələcək. Lakin virusla bağlı qabaqlayıcı, profilaktik tədbirlər elmi tədqiqatlara əsaslanmış təkliflər nəticəsində olmalıdır. Bu virusun forması, xüsusiyyətləri, modifikasiyası, mutasiyası, o cümlədən, müalicə üsulu öyrənilməlidir.  Məhz elmi tədqiqatlara əsaslanan qərarlar verməliyik.

XƏBƏR LENTİ
Elm və təhsil / 02.04.2025 13:43
Yunan jurnalistin Təpəbaşı etirafları – ANONS
Gündəm, Hərbi / 02.04.2025 00:02
Aprel döyüşləri – Böyük Zəfərə aparan yol
Siyasi, Sosial / 01.04.2025 22:24
Artalas, Artız, Artik və Artik vəng – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 01.04.2025 18:30
“Tehrandakı erməni qəbiristanlığının ərazisi “beynəlxalq teleqraf mərkəzidir” - VİDEO
Siyasi, Video müsahibə / 01.04.2025 15:10
“Almaniya Prezidentinin sosial media profilindəki paylaşım təxribat idi” - FOTO - VİDEO
Sosial / 01.04.2025 14:21
Adı 6 cür qeyd olunan kənd – ANONS - VİDEO
Maraqlı, Siyasi / 01.04.2025 13:24
“Səttarxanı daşnaklar qətlə yetirib” – ANONS
Müsahibə / 31.03.2025 22:12
“Təkcə İrəvan ətrafında 119 Azərbaycan kəndi yer üzündən silinib” - VİDEO
Siyasi / 31.03.2025 11:56
QAİ Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Gündəm / 31.03.2025 00:01
Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür
Mədəni / 30.03.2025 10:58
Ardanış Kənd İcması Ramazan bayramı tədbiri keçirib - FOTO
Mədəni / 29.03.2025 22:44
“Novruzun əsl adı Yaz və ya Böyük bayramdır” - VİDEO
Siyasi, Sosial / 28.03.2025 22:22
“On aylıq olarkən 4 dəfə köçkünlük yaşamışam” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.03.2025 13:45
Ana qucağında 4 dəfə qaçqınlıq yaşayan Aynur Rüstəmovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
İqtisadi, Video müsahibə / 28.03.2025 12:32
“HƏDƏF”in mövzusu: Prezidentin Ağdam və Şuşa səfəri - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.03.2025 22:05
“Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq” - VİDEO
Təhlil / 27.03.2025 13:58
“Ermənistan parçalanacaq? – ANONS - VİDEO
Mədəni / 27.03.2025 11:02
“Göyçə adlı bir el vardı…” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 26.03.2025 22:55
“Ermənilər ilə Urartulular bir biri ilə vuruşan, fərqli danışan toplumdur” - VİDEO
Elm və təhsil / 26.03.2025 13:49
“Ərəblər Arameylər olan ərazini niyə Ərməniyyə adlandırıb?” – ANONS - VİDEO
Siyasi, Sosial / 25.03.2025 21:34
Arıqlı çay, Arıxvəli, Armaş, Arpa, Arpa dərəsi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 25.03.2025 19:20
“Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz” - FOTO - VİDEO
Sosial / 25.03.2025 14:15
Qarapapaqların yaşadığı yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 25.03.2025 13:22
“Ermənistan sülhə hazır deyil” – ANONS - FOTO - VİDEO
Mədəni / 21.03.2025 10:00
Qoşqar Vəlinin 60 illik ömrünün “Günəş saatı”
Təhlil / 20.03.2025 10:02
Prezident İlham Əliyevin liderliyi və siyasi strategiyası – TƏHLİL