Audiovizual sektorda 7 500-dən çox işçi çalışır
Bu ilin aprel ayına olan məlumata görə, Azərbaycanın audiovizual industriyasında 7 500-dən çox işçi çalışır.
Rakus.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasından bildirilib.
Qeyd olunub ki, onlardan, təxminən, 4 800 nəfəri televiziya işçisi kimi, 2 000-dən çox insan ödənişli televiziya operatorlarının əməkdaşı, 400-ə yaxın şəxs isə radio sahəsinin əməkdaşı kimi fəaliyyət göstərir. Televiziya və radio sahəsində işləyən 600-ə yaxın əməkdaş regionlarda yaşayır və işləyir.
Azərbaycanda ödənişli televiziya xidmətindən isə 300 000 ailə və yaxud əhalinin 12%-i istifadə edir.
Əhalinin 80%-ə yaxını televiziya siqnalını peyk antennaları vasitəsilə qəbul edir, 8-10% arası əhali isə ev antennalarından istifadə etməklə yerüstü yayımdan bəhrələnir.