İqtisadi 16.06.2020 12:49

Aviareys sərnişinləri COVID-19 testindən keçəcəklər

İyunun 17-18-də Bakıdan Türkiyənin İstanbul şəhərində uçacaq sərnişinlər yola düşməzdən əvvəl mütləq qaydada koronavirus (COVID-19) testindən keçməlidirlər.

Rakus.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, testdən keçmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) akkreditə olunmuş laboratoriyalar aşağıdakılardır:

– “İnci” laboratoriyası – Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80

– “Referans” klinikası – Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33

– “Memorial” klinikası, Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40

Qaydalara əsasən sərnişinin koronavirus testindən keçməsi barədə arayış uçuşdan ən gec 48 saat əvvəl verilməlidir. Sərnişin yalnız testdən keçərək mənfi nəticə əldə etməsi barədə arayış təqdim etdikdən sonra təyyarəyə buraxılacaq.

Bakı-İstanbul reyslərinə I terminalda xidmət göstəriləcək.

Xatırladırıq ki, AZAL Bakı-İstanbul-Bakı marşrutu üzrə iki xüsusi reys yerinə yetiricək. Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Reyslərə iletləri həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və yaxud həmin ölkələrdə yaşamaq hüququna malik olan şəxslər) əldə edə bilər.

İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin İstanbulun “Memorial Sağlık Grubu” klinikası tərəfindən uçuşdan ən gec 48 saat əvvəl verilmiş COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu klinikanın Türkiyə Səhiyyə Nazirliyi koronavirusa dair testdən keçmək üçün tövsiyə olunub.

“AZAL sərnişinləri Operativ Qərargahın, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizəyə dair bütün tələb və tövsiyələrinə əməl etməyə çağırır.

Aviaşirkət və hava limanı əməkdaşları isə, öz növbələrində, uçuşun maksimum dərəcədə rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalnız qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər”, – məlumatda qeyd edilib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO