AVRO-2020-nin püşkü atıldı – NƏTİCƏLƏR
Rumıniyanın paytaxtı Buxarestdə 2020-ci il Avropa çempionatının püşkatma mərasimi başlayıb.
Rakus.az xəbər verir ki, bədii hissənin ardından aparıcılar səhnəyə çıxıblar. AVRO-2020-nin rəsmi saundrekini ifa edəcək Martin Qarriks təqdim olunub. Ardından çempionata ev sahibliyi edəcək şəhərlər və nüfuzlu yarışa vəsiqə qazanmış komandalarla bağlı təqdimat videosu nümayiş etdirilib.
Rikardu Karvalyu və Joau Mariu AVRO-2020-nin qalibinə verilən Anri Delone kubokunu səhnəyə gətiriblər. Püşkün nəticələri belə olub:
A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə
B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya
C qrupu: Hollandiya, Ukrayna, Avstriya, A və ya D Liqasının qalibi
D qrupu: İngiltərə, Xorvatiya, C Liqasının qalibi, Çexiya
E qrupu: İspaniya, İsveç, Polşa, B Liqasının qalibi
F qrupu: D Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya
Xatırlada ki, A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək.