İdman 12.11.2019 21:14

“Avro 2020”nin fristaylerlər komandasının heyəti təsdiqləndi

Azarkeşlərin “Növbə sənindir” yarışı vasitəsilə 12 ev sahibi şəhərin hər birindən iki nümayəndənin seçilməsi ilə “Avro 2020”nin fristaylerlər komandasının heyəti təsdiqlənib.

Rakus.az xəbər verir ki, azarkeşlər Avropada ən orijinal və parlaq fristaylerləri tapmaq üçün təşkil olunan onlayn istedad yarışında sevimli fristayler futbolçularına səs veriblər. Yüzlərlə iştirakçı öz ölkələrini Avropa çempionatının 60 illik yubileyində təmsil etmək üçün bacarıqlarını əks etdirən videolar göndərib. Fristayl üzrə ingiltərəli keçmiş dünya çempionu Liv Kuk və norveçli keçmiş Avropa çempionu Tobias Beks bu videolar arasında seçim apararaq hər məkan üçün qısa siyahı hazırlayıblar. Azarkeşlər siyahıya daxil edilmiş videoları nəzərdən keçirərək hər bir ev sahibi ölkəni təmsil edəcək iki fristayleri seçməklə qalibləri müəyyənləşdiriblər. Həmin 24 fristayler turnirə hazırlıq və rəsmi kubok turu zamanı, eləcə də yarış müddətində, o cümlədən oyunlarda və azarkeş zonalarında “Avro 2020”nin rəsmi talismanı “Skillzy”nin ətrafında birləşəcəklər.

Səsverməyə görə, Bakıdan Kader Alimova və Nuqzar Kvirtiya seçiliblər. Amsterdamdan Laura Dekker və Cessi Marlet, Bilbaodan Paloma Mayo və Alexandro Portilya, Buxarestdən İoanna Andrea və Stefan Floresku, Budapeştdən Kitti Şas və Zoltan Liptak, Kopenhagendən Maymi Asgeri və Kristofer Bax, Dublindən Ella Stil və Sem Mədden, Qlazqodan Co Eşvort və Devid Menni, Londondan Aquska Mniç və Skott Penders, Münxendən Dana Embaxer və Samuel Ueller, Romadan Anastasiya Baaqlini və Antonio Kolella, Sankt-Peterburqdan isə Svetlana Kovalyova və İqor Oleynik məharətlərini nümayiş etdirəcəklər.

“İstedadlı fristaylerlərin sayı çox olduğuna görə qısa siyahıda kimin olmasına qərar vermək çox çətin idi. Artıq qaliblər seçilib. Mən hamı ilə görüşməyi və bu heyrətamiz təcrübəni onlarla bölüşməyi səbrsizliklə gözləyirəm. Şübhəsiz ki, qaliblər tarixdə ən həyəcanlı Avropa çempionatına məharət və rəng gətirəcəklər”, – deyə dəfələrlə Avropa çempionu olmuş 27 yaşlı Tobias Beks bildirib.

Fristayl üzrə dördqat dünya rekordçusu və UEFA-nın qadın futbolu üzrə səfiri olan 20 yaşlı Liv Kuk deyib: “On iki fərqli ölkədə yerli istedadlarla fristayl futbolu nümayiş etdirmək imkanı həm mənim üçün, həm də qaliblər üçün nadir fürsətdir. Bakı və ya Bilbao, Qlazqo və ya Romada oyuna getmələrindən asılı olmayaraq, azarkeşlər Avropanın ən yaxşı fristaylerlərini və küçə futbolçularını seyr edə biləcəklər. Bu, turnirə tamamilə yeni bir səviyyə gətirəcək”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO