İqtisadi 04.12.2019 22:07

“Avro-5” standartında dizel və benzin istehsal olunacaq - FOTO

SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi ölkəmizdə ekoloji vəziyyəti yaxşılaşdıracaq.

Rakus.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, 1953-cü ildə əsası qoyulan zavodda hazırda modernləşdirmə və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində 2021-2022-ci illərdə Azərbaycanda “Avro-5” standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tonadək artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.

Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və modernləşdirilməsi işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.

Atmosfer havasının mühafizəsi

Modernləşdirmə nəticəsində ölkədə istehsal olunan yanacağın keyfiyyəti “Avro-5” standartına çatdırılacaq ki, bu da nəqliyyat vasitələri tərəfindən atmosferə tullantıların əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edəcək. Nəzərə alsaq ki, hazırda Azərbaycanda bu tipli tullantıların 80 faizindən çox hissəsi məhz nəqliyyat emissiyası nəticəsində əmələ gəlir, zavodun modernləşməsinin ətraf mühitə töhfə verəcəyi öz-özlüyünə aydın olar.

Layihənin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinə görə, NEZ-də quraşdırılan yeni qurğuların və müasirləşdirilən köhnə avadanlıqların istismar olunması ilə Beynəlxalq Maliyyə Korporasiyasının (Dünya Bankı Qrupu) neftin emalı üçün ətraf mühit, sağlamlıq və təhlükəsizlik təlimatları tətbiq ediləcək ki, bu da həm əhalinin sağlamlığının, həm də atmosfer havasının qorunması işinə müsbət təsir göstərəcək. Layihə çərçivəsində, eyni zamanda, təxirəsalınmaz tədbir olaraq, atmosferə atılan emissiyalara həm NEZ, həm də səlahiyyətli orqanlar tərəfindən daimi nəzarət edilməsi məqsədilə onlayn monitorinq sistemi qurulacaq. Hazırda sistemin tətbiqi ilə bağlı beynəlxalq ekspertlərlə müzakirələr aparılır və texnologiyalar araşdırılır. Bundan əlavə, yeni məşəl qurğusunun inşa edilməsi də emissiyaların atmosfer havasına və əhalinin sağlamlığına göstərdiyi təsiri minimuma endirəcək.

İstehsalat tullantı sularının müasir qurğular vasitəsilə təmizlənməsi

Zavod ərazisində müasir ekoloji tələblərə cavab verən mexaniki təmizləmə, bioloji təmizləmə və sanitar suların təmizlənməsi bloklarından ibarət yeni çirkab sularının təmizlənməsi qurğusunun inşası modernləşdirmə layihəsinin əsas tərkib hissələrindən biridir. Hazırda tikinti meydançasında qurğunun inşa edilməsi üçün hazırlıq işləri həyata keçirilir. Qurğu üzrə istehsalçı şirkət artıq müəyyənləşdirilib. Burada leysan suları üçün 2 ədəd ehtiyat su hovuzunun, həmçinin mexaniki və bioloji su hovuzlarının inşası da nəzərdə tutulub. Qurğuda çirkab suları beynəlxalq standartların tələbindən də aşağı qatılığa qədər təmizlənəcək. Tam yeni atqı xətti vasitəsilə istehsalat suları axın sürətinin güclü olduğu akvatoriyada böyük su həcmi ilə qarışacaq ki, bu da təmizlənmiş suların durulaşmasını təmin edəcək.

Həmçinin qurğunun çıxışında onlayn monitorinq sisteminin quraşdırılması tələb olunan qatılığın nəzarətdə saxlanılmasını təmin edəcək.

Səs-küy səviyyəsinin azaldılması

Yaşayış zonaları üçün sanitar normalarına uyğun olaraq səs-küyün gündüz saatlarında (07:00-22:00) 65 db (A), gecə saatlarında (22:00-07:00) isə 45 db (A) olaraq təmin edilməsi üzərində işlər aparılır. Səs-küyün azaldılması və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə müasir qurğulardan və səs-boğuculardan istifadə ediləcək.

Tikinti zamanı yaranan torpaq tullantılarının idarə edilməsi

NEZ-in modernləşdirmə və yenidənqurması layihəsi çərçivəsində sahənin hazırlanması zamanı 670 min kubmetr torpaq çıxarılıb və yenidənqurma işləri üçün zavod ərazisinin təqribən 32 hektarlıq sahəsi nəzərdə tutulub.

Keçmiş “Azərneftyağ” zavodunun ərazisinin “Ağ Şəhər” layihəsinə təhvil verilməsi

XIX əsrin sonlarından fəaliyyət göstərən və vaxtilə “Qara şəhər”də keçmiş rus imperiyasının ən böyük neft emalı müəssisəsi olmuş “Azərneftyağ” zavodunun qurğuları və çənləri demontaj olunaraq, ərazisi yaxın zamanda “Ağ Şəhər” layihəsinə təhvil veriləcək.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ regionun yeganə neft emalı kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və sair istehsal olunur.

XƏBƏR LENTİ
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO