Avroliqada yeni mövsümün püşkü atıldı
Basketbol üzrə Avroliqanın növbəti mövsümünün püşkü atılıb.
Rakus.az xəbər verir ki, pandemiya dövrü ilə əlaqədar liqa rəhbərliyi bu tədbiri mərasim kimi təşkil etməyib. Sadəcə, püşkatmanın nəticələri ictimaiyyətə elan edilib. Belə ki, çempionat oktyabrın 1-də Bakı vaxtı ilə saat 21.30-da “Anadolu Efes” – “Zenit” oyunu ilə başlayacaq. Günün digər oyunlarında “Olimpiakos”la “Jalgiris”, “Makkabi” ilə “Alba” və “Valensiya” ilə “Lion” üz-üzə gələcək. Növbəti gün isə azarkeşlər “Fənərbağça”–“Srvena Zvezda”, “Bavariya”–“Milan” və “Baskoniya”–“Real” oyunlarının şahidi olacaqlar.
“Panatinaikos” Avroliqadan çəkildiyini açıqlasa da, çempionata afinalıların da adı əlavə edilib. Təqvimə görə, Yunanıstan klubu oktyabrın 2-də səfərdə “Ximki” ilə qarşılaşmalıdır.