Siyasi 23.03.2019 10:40

Avropa Məhkəməsi 30 şikayəti araşdırır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən, baxılmasını gözləyən 2000-dən çox şikayətin 30-nu araşdırmağa başlayıb.

Rakus.az xəbər verir ki, bu barədə hüquqşünas Xalid Ağaliyev “Facebook” səhifəsində yazıb.

Şikayətlərdən biri hərbi xidmətə qismən yararlı hesab edilən Lerik rayonunun sakini Nəsimi Musayevin ərizəsi ilə bağlıdır. Lerik rayonunun hərbi-tibbi qurumu ərizəçini hərbi xidmətə qismən yararlı saysa da ona zamanında hərbi bilet verilməsini yubadıb. Nəsimi Musayev bu üzdən ali məktəbə qəbul imtahanına buraxılmayıb. Onun yerli məhkəmələrə şikayətləri təmin edilıməyib. Musayev dövlətin onun təhsil və ədalətli məhkəmə araşdırması hüquqlarını pozduğunu iddia edir.

Araşdırılan daha 4 şikayəti Yahova Şahidləri dini icmasının üzvləri Nicat Pənahov, Şəhla Atamova, Mühparə Cəfərova və Lalə Yusifova göndərib.

Ərizəçilər nəql edir ki, 2013-c ilin mayında üzvü olduqları dini icmanın Şəmkirdə keçirilən toplantısına basqın olub. Yerli polis idarəsinin əməkdaşları onları zorla polisə aparıblar. Bir neçə saat sorğulanan dini icma üzvləri rəsmi xəbərdarlıq edilməklə bir neçə saatdan sonra sərbəst buraxılıb. Ərizəçilər bunun qanunsuzluğunu yerli məhkəmələr qarşısında mübahisələndirib, ancaq məhkəmə onlaraın başına gələnləri qanuni sayıb.

Şikayətçilər hesab edir ki, hökumət onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, şəxsi və ailə həyatına hörmət, din azadlığı, birləşmək azadlığı hüquqlarına müdaxilə edib.

AİHM-nin araşdırdığı 25 şikayəti isə LGBT toplumunun üzvləri göndərib. Onların Azərbaycana qarşı şikayətində 2017-ci ilin ortalarında polisin onları saxlamasından bəhs edilir.

Ərizəçilər iddia edirlər ki, onların saxlanılması üçün heç bir qanuni əsas olmayıb, yalnız cinsi mənsubiyyətlərinə görə basqıya məruz qalıblar. Onlar polis tərəfindən pis rəftara məruz qaldıqlarını, zorla tibbi müayinə edildiklərini, ölkəiçi məhkəmələrin bütün bunlara görə gərəkli hüquqi addımlar atmadığını bildirirlər.

25 ərizəçi hesab edir ki, onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi və ailə həyatına hörmət, səmərəli hüquqi müdafiə vasitələri, ayrı-seçkiliyin qadağa olunması hüquqları pozulub.

LGBT (Lezbian-Gey-Biseksual-Transgender) icması üzvlərinin verdiyi məlumata görə, 2017-cu ilin sentyabrında Azərbaycanda, xüsusilə Bakı şəhərində yaşayan transgender və gey insanlara qarşı təqib kampaniyası başlayıb. Rəsmi məlumatlara görə, 56 nəfər inzibati qaydada həbs edilib. Onların 32-də yolxucu xəstəlik aşkar edilib və müalicəyə göndərilib.

2017-ci il oktyabrın 2-də Baş Prokurorluğun yaydığı məlumatda isə deyilir ki, həbs olunan olmayıb.

Bu hadisədən sonra çoxsaylı beynəlxaql təşkilatlar , o cümlədən ABŞ senatorlarıbəyanatla çıxış edib. (Amerikanın səsi)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO