İdman 14.02.2020 15:16

Avropa çempionu Fərid Ağayev mükafatlandırıldı - FOTO

 

Bu yaxınlarda Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə və gənclərin 47-ci, 21 yaşınadək karateçilərin isə 12-ci Avropa birinciliyi keçirilib. 52 ölkədən 1155 karateçinin iştirak etdiyi yarışda Azərbaycan idmançıları 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Avropa birinciliyində komandamıza qızıl medal qazandıran idmançılardan biri də “Judo Club 2012”nin yetirməsi Fərid Ağayevdir. 16-17 yaşlı gənclər arasında -76 kq çəki dərəcəsində mübarizə aparan klubun istedadlı karateçisi bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fevralın 12-də “Judo Club 2012”nin yarış zalında Avropa çempionu Fərid Ağayevlə görüş keçirilib. Tədbirdə “Judo Club 2012″nin direktoru Hafis Hacıyev, klubun karate bölməsinin rəhbəri Gündüz Mahmudov, məşqçisi Namiq Pirverdiyev, idmançılar və valideynlər iştirak ediblər.

Klubun direktoru Hafis Hacıyev tədbirdə çıxış edərək ölkəmizdə idmana dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərildiyini, idmançılarımızın da bu qayğıdan bəhrələnərək beynəlxalq arenalarda uğurla çıxış etdiyini bildirib. Ölkəmizdə idmanın inkişafında və kütləviləşməsində “Judo Club 2012″nin də mühüm rol oynadığını bildirən H.Hacıyev əldə olunan nailiyyətlərin klub rəhbərliyinin idmançılara və məşqçilərə yaratdığı yüksək şəraitin sayəsində qazanıldığını qeyd edib. Avropa çempionatındakı nəticəni yüksək uğur kimi dəyərləndirən klubun direktoru bu nailiyyətin davamlı olacağına inandığını bildirib. “Klub rəhbərliyi idmançıları hər zaman diqqətdə saxlayır, onlardan həm maddi, həm də mənəvi dəstəyini əsirgəmir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Fərid Ağayev kimi istedadlı idmançılar mötəbər yarışlarda medallar qazanırlar. Bu günə qədər klubun karateçiləri ölkədaxili yarışlarla yanaşı, bir sıra beynəlxalq turnirlərdə də uğurlu nəticələr əldə ediblər. Macarıstandakı Avropa çempionatında qazanılan nəticə isə klubun karate bölməsinin ən böyük uğurudur. Şübhəsiz ki, bu qələbədə klub rəhbərliyi ilə yanaşı, məşqçilərin də böyük zəhməti var. Mən bu qələbə münasibəti ilə öz adımdan və klubun təsisçisi “Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Əməkdar idman ustası Azər Əsgərovun adından Fərid Ağayevi və onun məşqçilərini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram. Bu uğur klubda idmançı və məşqçilərlə işin düzgün şəkildə qurulduğunun bariz nümunəsidir”, – deyə Hafis Hacıyev bildirib.

Klubun karate bölməsinin rəhbəri Gündüz Mahmudov isə çıxışında Fərid Ağayevin 11 ildən artıqdır ki, karate ilə məşğul olduğunu, həmçinin onun qələbəsində məşqçi-müəllimlərinin böyük zəhməti olduğunu vurğulayıb. O, Fərid Ağayev və digər istedadlı idmançılara diqqət və qayğı ilə yanaşdığına görə klubun bütün kollektivinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən klubun karate bölməsinin məşqçisi Namiq Pirverdiyev də Fərid Ağayev haqqında xoş təəssüratlarını söyləyib. O, gənc və istedadlı idmançını təbrik edərək, illərdir çəkdiyi əziyyətin hədər getmədiyini dilə gətirib.

Sonra Fərid Ağayevin anası Xatirə Ağayevə çıxış edərək oğlunun qələbəsində əziyyəti olan hər kəsə minnətdarlığını bildirib.

Çıxışlardan sonra “Judo Club 2012”nin direktoru Hafis Hacıyev Fərid Ağayevə “Judo Club 2012″nin rəhbərliyi adından hədiyyə, xatirə vımpeli və pul mükafatı təqdim edib.

Klubun digər istedadlı karateçisi Abbas Dadaşov da klubun karateçiləri adından Fərid Ağayevə xatirə hədiyyəsi təqdim edib.

Tədbir xatirə şəkli çəkdirilməsi ilə başa çatıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO