Siyasi 04.06.2020 13:17

Avropa İttifaqı Azərbaycana dəstək göstərməyə hazırdır - FOTO

Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə yeni müavini Enrike Mora ilə video-konfrans formatında görüş keçirib.

Rakus.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı nazir müavini M. Məmməd-Quliyev yeni təyinatı ilə bağlı E. Moranı təbrik edib və onun Avropa İttifaqı (Aİ) – Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcəyindən əminliyini bildirib.

Nazir müavini Azərbaycanın Aİ ilə təhlükəsizlik sahəsində dialoqunun əhəmiyyətini qeyd edərək bu günədək müvafiq sahədə yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə Bakı şəhərində keçirilən görüşlərin səmərəliliyinə və əhəmiyyətinə diqqət çəkib. O, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Aİ-nin mövqeyinə görə təşəkkürünü bildirib və Aİ Xarici İşlər Nazirləri Şurasının Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı 12 may 2020-ci il tarixli Yekunlar sənədində, həmçinin Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin cari ilin 28 may tarixində BMT Təhlükəsizlik Şurasının brifinqində vurğulandığı kimi, bu prinsiplərin Aİ-nin tərəfdaş ölkələrlə münasibətlərində əsas element kimi qalacağına əminliyini ifadə edib.

E.Mora Xarici İşlər Nazirliyinin rəsmisi kimi İspaniya nümayəndə heyətinin tərkibində Azərbaycana səfərlərini məmnuniyyətlə xatırlayıb və xoş təəssüratlarını bölüşüb. E.Mora Azərbaycanın “Şərq Tərəfdaşlığı” proqramında Aİ-nin önəmli tərəfdaşı olduğunu, Azərbaycanın regional təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyini, dünyəvilik dəyərlərinə malik Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynadığını bildirib.

O, Aİ-nin ölkəmizlə bağlantılar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb. Aİ rəsmisi “COVID-19” ilə mübarizədə Azərbaycanın effektiv tədbirlər həyata keçirdiyini, pandemiyanın təsirlərinin aradan qaldırılmasında Aİ-nin Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirib.

Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında Yeni İkitərəfli Saziş üzrə danışıqların irəlilədilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO