Avropa İttifaqı üçün 15,8 milyon avro xərclənəcək
Avropa Komissiyası qonşu ölkələrdə Avropa İttifaqı (Aİ) barədə “rəyi yaxşılaşdırmaq” üçün 15,8 milyon avro ayıracaq.
Rakus.az xəbər verir ki, vəsait “Avropa Qonşuluq Siyasəti” proqramının iştirakçılarına ayrılacaq.
“Bu proqramın ümumi məqsədi kommunikasiya sahəsində xüsusi hazırlanmış strateji tədbirlər vasitəsilə Avropa İttifaqı və onun siyasəti haqqında ictimaiyyətin məlumatlılığını artırmaq və dərinləşdirmək, habelə qonşu ölkələrin ərazisində Aİ ilə bağlı ictimai rəyi yaxşılaşdırmaqdır”, – sənəddə deyilir.
Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadakı proqramlara təxminən 10 milyon avro xərclənəcək. Qalan vəsait Suriya, Liviya, Misir və cənubda Aİ ilə qonşuluq edən digər dövlətlərə yönəldiləcək. Layihə noyabr ayında başlayacaq və dörd il müddətinə nəzərdə tutulub. (Report)