Gündəm 31.05.2019 07:27

Avropa Şurası Azərbaycanda fəaliyyət planını açıqladı

Avropa Şurası (AŞ) Azərbaycan üçün 2018-2021-ci illər üçün Fəaliyyət Planının rəsmi təqdimatını keçirib.

Rakus.az xəbər verir ki, AŞ-ın Azərbaycan ofisinin rəhbəri Zoltan Hernyes deyib ki, ötən ilin payızında qəbul edilmiş planın məqsədi insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində Azərbaycan qanunvericiliyinin və təcrübəsinin Avropa Şurası standartlarına uyğunlaşdırmasından ibarətdir.

Bu, sayca ikinci plandır – ilk plan 2014-2017-ci illəri əhatə edib.

Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, yeni plan 4 il üçün nəzərdə tutulub, o, ənənəvi istiqamətlərlə yanaşı, gender bərabərliyi, uşaq hüquqları, sosial hüquqların təmin edilməsi, gənclər proqramlarını da əhatə edəcək.

AŞ Proqram direktorluğunun rəhbəri Verena Teylor vurğulayıb ki, yeni plan məhkəmə və prokurorluq orqanlarının səmərəliliyinin artırılması, hesabatlılığın və şəffaflığın artırılması, insan hüquqları sahəsində AŞ standartlarının tətbiqinin genişləndirilməsi, penitensiar sistemdə islahatların dərinləşdirilməsi, korrupsiya və pulların yuyulmasına qarşı mübarizə, uşaq hüquqlarının təşviqi, şəxsi məlumatların müdafiəsi, mətbuat müstəqilliyinin təmin edilməsi üçün islahat aparılması üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Həmçinin gənclərin insan hüquqları sahəsində təhsilinin artırılması, məktəblərdə demokratik və inklüziv mühitin inkişaf etdirilməsi nəzərdə tutulur. Ümumilikdə planın həyata keçirilməsi üçün təxminən 9 mln. avro xərclənməsi nəzərdə tutulur və bu məbləğin böyük hissəsini Avropa İttifaqı maliyyələşdirəcək.

Tədbirdə Azərbaycanın müxtəlif dövlət qurumlarının və beynəlxalq tərəfdaş təşkilatların, habelə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və mətbuat nümayəndələri iştirak ediblər.

XƏBƏR LENTİ
Elm və təhsil / 10.12.2025 14:19
Tarixi sənədlər və Rusiyanın Qafqaz niyyətləri – ANONS
Siyasi, Sosial / 09.12.2025 23:15
Basarkeçər, Basarkeçər daşt, Baraxlı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”
Sosial / 09.12.2025 14:56
Bazar/basar tayfasının keçib getdiyi yer – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 13:22
“SSRİ-nin siyasəti Azərbaycanı erməniləşdirmək idi” – ANONS - FOTO - VİDEO
Müsahibə / 08.12.2025 23:56
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - VİDEO
Siyasi / 08.12.2025 17:53
Heydər Əliyevin zəngin irsi bu gün də yaşayır - FOTO
Mətbuat / 08.12.2025 10:59
“Global Media Group” 8 yaşımı qeyd edir
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO