Müsahibə 12.03.2024 19:00

“Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olur” – MÜSAHİBƏ - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi  Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Fərhad Hüseynov olub.

O, Ermənistanda və Azərbaycanda ictimai-siyasi vəziyyətdən,  Qarabağ zəfərindən sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına mane olan səbəblərdən söz açıb.

Onun sözlərinə görə, Paşinyan üçün müstəqillik bəyannaməsindən imtina edib, yeni Konstitusiyanın qəbulu asan olmaycaq: “Onun və ətrafının “sülh adamları” adlandırmaq çətindir. Paşinyan vaxtilə döyüşlər getdiyi zaman təkidlə “Qarabağ Ermənistandır” deyirdi. Onun bu ifadəsi müharibəyə səbəb oldu. Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olur. Azərbaycan isə bölgəyə sülh gətirir”.

F.Hüseynov Avropanın, xüsusilə Fransanın Azərbaycana qarşı qərəzli mövqeyinə də toxunub: “Azərbaycan 30 il ərzində pozulan beynəlxalq hüququ bərpa etdi. Avropa Şurasının bizə qarşı heç bir iddiası olmamalıdır. Biz, ümumiyyətlə, Avropa ətrafında sabitlik yaradırıq. Əgər istənilən ölkə beynəlxalq hüququn nizamnaməsini pozarsa, onunla bütün əlaqələr kəsilməlidir. Sülh olmasa, bəşəriyyətin gələcəyi əziyyət çəkəcək”.

O, beynəlxalq münasibətlər üzrə mütəxəssis kimi, dünya miqyasında erməni saxtakarlığı, Qərbi azərbaycanlıların deportasiyası, soyqırımı ilə bağlı hansısa müzakirələrin aparılmadığını, Qərbi azərbaycanlıların doğma yurda qayıdışının reallaşması üçün hüquqi işlərin aparıldığını deyib: “Rus və erməni mənbələrində 1920-ci ildə indiki Ermənistanda əhalinin 49 faizi azərbaycanlılar olub. Onlardan soruşmaq lazımdır ki, həmin azərbaycanlılar hara getdilər?! Rəsmi İrəvan Qərbi azərbaycanlıların doğma yurda qayıdışını təmin etməyə məcburdur”.  

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə martın 12-də saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

«Армения препятствует установлению мира на Южном Кавказе» – Хроника Западного Азербайджана

Сегодня Бакинское телевидение подготовило очередной выпуск на русском языке в рамках проекта “Хроника Западного Азербайджана”.

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был доцент Бакинского Государственного Университета, доктор философии в области политических наук Фархад Гусейнов.

Он рассказал об общественно-политической ситуации в Армении и Азербайджане, причинах, помешавших подписанию мирного соглашения между двумя странами после победы в Карабахе.

По его словам, Пашиняну будет непросто отказаться от декларации независимости и принять новую Конституцию: “Трудно назвать Пашиняна и его окружение миролюбивыми. Пашинян во время боевых действий утверждал, что «Карабах – это Армения». Эта Фраза спровоцировала войну. Армения препятствует установлению мира на Южном Кавказе. «Азербайджан приносит мир в регион».

Ф.Гусейнов также коснулся предвзятой позиции Европы, особенно Франции, в отношении Азербайджана: «Азербайджан восстановил международное право, которое нарушалось 30 лет. У Совета Европы не должно быть к нам претензий. Мы вообще создаем стабильность вокруг Европы. Если какая-либо страна нарушает устав международного права, все отношения с ней должны быть разорваны. Без мира будущее человечества пострадает».

Как специалист по международным отношениям он заявил, что никаких дискуссий об армянских фальсификациях, депортации и геноциде западных азербайджанцев в мировом масштабе не ведется. Ведется юридическая работа по реализации возвращения уроженцев Западного Азербайджана на родину: “В российских источниках, в 1920 году 49 процентов населения нынешней Армении составляли азербайджанцы. Вопрос к соседям: «Куда делись 49% азербайджанцев?» Официальный Иреван обязан обеспечить возвращение западных азербайджанцев на родину».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось 12 марта в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.

XƏBƏR LENTİ
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO
Siyasi, Sosial / 21.06.2024 21:36
“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO
Siyasi / 21.06.2024 16:28
Dəyişməyən mövqelər – Prezidentlə dövlət katibinin telefon danışığı – TƏHLİL
Maraqlı, Sosial / 21.06.2024 14:09
“Atam Vətən həsrətinə dözə bilmədi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 20.06.2024 22:44
“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO
Təhlil / 20.06.2024 15:39
Uğur əldə edə bilməyəan hərəkat – Baqratdan qopmalar – TƏHLİL
Təhlil / 20.06.2024 13:47
Qərbi Azərbaycan: Kipr modeli – ANONS
Siyasi, Sosial / 19.06.2024 22:44
Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu - FOTO - VİDEO
Siyasi / 19.06.2024 13:50
Ərazisi 5 dəfə bölünən rayon – ANONS - VİDEO
Gündəm / 18.06.2024 22:48
“İrəvan Respublika Meydanının kabusu-gizlədilmiş həqiqətlər” - FOTO - VİDEO
Gündəm / 18.06.2024 18:30
“Adəm də, Makedoniyalı İsgəndər də, Napoleon da ermənidir?!” - VİDEO
Siyasi, Sosial / 18.06.2024 12:49
“İrəvanda Respublika Meydanının kabusu – ANONS
Siyasi / 18.06.2024 12:27
“Nə üçün Puşkin “sən qorxaqsan, sən qulsan, sən ermənisən” deyib?” – ANONS
Elm və təhsil / 17.06.2024 18:51
Sona Abbasəliqızı Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib - FOTO
Maraqlı, Sosial / 15.06.2024 22:19
Ağkilsədə ağ daşdan tikələn kilsə üzərində Alban yazısı - FOTO - VİDEO
Sosial / 15.06.2024 14:20
Aşıq Ələsgərin yurdunun tarixi və irsi – ANONS - VİDEO
Maraqlı, Mədəni, Sosial / 14.06.2024 21:41
“Doğma Göyçədə toy edib, qız köçürmək bizə qismət olmadı” - FOTO - VİDEO
Elm və təhsil, Təhlil / 14.06.2024 14:14
“Son zəng”: Azərbaycan adına böyük işlərə çağırış – TƏHLİL
Mədəni / 14.06.2024 13:32
“Bir gün Göyçəyə də gedəcəyik”- İlham Abdullayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 13.06.2024 22:58
Tibbi ədəbiyyata daxil olan “erməni xəstəliyi”nin əlamətləri - FOTO - VİDEO
Gündəm, Təhlil / 13.06.2024 16:33
Paşinyanın iki çıxışına bir baxış – TƏHLİL
Siyasi / 13.06.2024 13:25
Ermənilər türk ölkəsində yeni “dövlət” qurmağı planlaşdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 12.06.2024 22:24
Üçkilsəni ermənilər necə Eçmiədzin etdilər? - FOTO - VİDEO
Təhlil / 12.06.2024 16:19
Ermənistanın ABŞ ilə Strateji Dialoqu: güclərin yeni qarşıdurma mənbəyi – TƏHLİL
Siyasi, Sosial / 12.06.2024 13:19
Ermənilərin yadlaşdırdığı Üçkilsə – ANONS