Siyasi 25.10.2023 16:28

Avropalı vasitəçilərə etimadsızlıq – Nəticəsiz qalan təşəbbüslər – TƏHLİL

Beynəlxalq vasitəçilərin yarıtmazlığı səbəbindən Azərbaycan torpaqları 30 il erməni işğalı altında qaldı. Bir milyondan çox insan öz ev-eşiyindən didərgin düşərək köçkün vəziyyətinə salındı. Azərbaycan vətəndaşlarına, iqtisadiyyatına dəyən maddi-mənəvi ziyan da daxil olmaqla çox böyük faciəli illər yaşandı.

Rəsmi Bakı 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun təşkil etdiyi çoxsaylı toplantılara qatılıb. Ancaq torpaqların işğaldan azad edilməsi üçün bu görüşlərin heç bir faydası olmayıb. Əksinə, Ermənistan işğal altında saxladığı ərazilərdəki təbii sərvətləri talan edib, tarixi abidələri, məscidləri, evləri, binaları dağıdıb və s.

Rəsmi İrəvan görüşlərə baxmayaraq, ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çindən ibarət BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin qəbul etdiyi qətnamələrə belə məhəl qoymurdu. Bu üzvlərdən üçünün təmsil olunduğu ATƏT-in keçmiş Minsk Qrupu həmsədrlərinin regiona çoxsaylı səfərləri, keçirdikləri görüşlər də nəticəsiz qaldı. Ermənistan işğal etdiyi ərazilərdən bir addım belə geri çəkilmədi. Başqa sözlə, bu görüşlər, səfərlər regionun təhlükəsizliyinin təmin olunmasına fayda vermədi.

Azərbaycan torpaqlarını işğaldan azad etməyə başlayanda da bu dövlətlər birmənalı şəkildə təcavüzkar Ermənistanı pisləmədi. Əksinə, onlar, xüsusilə Rusiya və Fransa bacardıqları, imkanları çatan qədər Ermənistana yardım etdilər. Müharibə başa çatandan sonra həmin həmsədrlər yenidən səhnədə görünməyə başladılar. Onlar 30 illik missiyalarını yenə davam etdirmək niyyətində olduqlarını gizlətmədilər. Ancaq rəsmi Bakı bu vasitəçilərdən, belə vasitəçilikdən imtina etməklə onlara ehtiyac olmadığını anlatdı. Bu, baş verməyəndə isə həmin qüvvələr yeni cilddə vasitəçi sifətində çıxış etməyə səy göstərdilər. Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqton, Brüssel, Moskva və Parisdə görüşlər keçirilib. Ancaq bu görüşlərin heç birində rəsmi İrəvan Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etmədi. Rəsmi İrəvan indiyədək rəsmi Bakının sülhlə bağlı təkliflər paketini əsaslı cavablandırmayıb.

Ermənistanın sözdə sülhdən, ərazi bütövlüyündən danışıb, əslində yeni müharibəyə hazırlaşmasının arxasında elə görüşlərin təşəbbüskarları, vasitəçilik iddiasında olanlar durur. Son günlər Fransanın Ermənistanı silahlandırması, ona yeni hərbi texniki avadanlıq verməsi kimi fəaliyyəti Avropa İttifaqının görüş və danışıqlarla bağlı təşəbbüslərin nəticəsiz qalacağını bəri başdan deməyə əsas verir. Onlar bir tərəfdən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından ağızdolusu danışır, digər tərəfdən isə Ermənistanı silahlandırırlar. Belə bir şəraitdə sual yaranır: Müharibədən məğlub çıxmış, iqtisadiyyatı, demək olar ki, iaşə və məişət xidməti üzərində qurulan Ermənistan Fransa və başqa ölkələrdən silah, hərbi texnikanı hansı maliyyə vəsaiti hesabına alır? Yoxsa bu ölkəyə ayrılan humanitar yardımlar, verilən ianələr silahlanmaya xərclənir?!

Bu vəziyyət həm Ermənistana, həm də onun havadarlarına, eləcə də görüşləri, danışıqları təşkil edənlərə etimadsızlıq yaradır. Rəsmi Bakı etimad göstərmədiyi əlaqələndiricilərin təşkil etdiyi görüşlərdən artıq imtina edir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “APRI Armenia” təhlil mərkəzinin onlayn konfransında deyib: “Ermənistan və Azərbaycan liderlərinin oktyabrın sonunda Brüsseldə keçirilməsi planlaşdırılan görüşü baş tutmayacaq”. O qeyd edib ki, bu görüşün başqa vaxta keçirilməsinin mümkünlüyü üzərində iş davam etdirilir: “Biz Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş təşkil etməyə çalışırıq. Prosesin ləng getməsinə baxmayaraq, inanırıq ki, bu, sənəd imzalanması ilə nəticələnəcək”.

Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən də imtina etmişdi. Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlində Türkiyənin görüşdə iştirak etməsi ilə bağlı yaranan fikir ayrılığı göstərilmişdi.

Avropa İttifaqı Azərbaycanın iştirakı olmadan keçirilən tədbirlərdə baş nazir Nikol Paşinyanın, parlamentin sədri Alen Simonyanın və digərlərinin çıxışına şərait yaratmaqla tərəfsizliyi pozaraq Ermənistanın saxta, qərəzli mövqeyini təbliğ ediblər. Bu baxımdan yeni zirvə toplantısını keçirməyə nə ehtiyac var? Odur ki, Ermənistanın sürətlə silahlanması məsələsinə Fransa başda olmaqla Avropa İttifaqı və bu mövqedə olanların aydınlıq gətirməsi vacibdir. Onların bu silahların qonşu dövlətlərə və ya üçüncü ölkəyə qarşı tuşlanmayacağının qarantını verməsi əsas şərtdir.

Məgər BMT TŞ-nin 5 daimi üzvü, Avropa İttifaqının aparıcı ölkələri, ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri hamısı eyni dövlətlər deyil? Bunların 30 il təşkil etdiyi görüş və dialoqlar Azərbaycana heç bir fayda vermədi. Yenidən həmin oyunçular eyni rolda oynamağa səy göstərirlər. Fayda verəcək? Fransanın tutduğu mövqe bu suala “yox” cavabını verir. Çıxış yolu ikitərəfli, vasitəçi olmadan keçirilən görüşdədir. Bu həm də tərəflərin bir-birinə etimadının yaranmasına, artmasına yardım edər. Əks halda, Azərbaycanla Ermənistanın normallaşma prosesi, sərhədlərin müəyyənləşməsi, sülh müqaviləsinin imzalanması daha neçə il uzanacaq…

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO