Maraqlı 14.06.2019 10:09

Avroya Rəsulzadənin şəkli vuruldu

  

Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın rəsimləri olan avro xatirə pul nişanı basılıb.
Rakus.az xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində Rəsmiyyə Rzalı-Qarayeva paylaşıb.

Türkiyəli kolleksiyonçu Özgür Honça bəy, layihənin gerçəkləşməsi üçün hərtərəfli dəstəyini əsirgəməyən Serhat Cemil Küçük bəy, şəkilləri seçən və mətn üzərində işləyən Türkiyənin görkəmli tarixci-araşdırmaçı yazarı, general-leytenant Nuri Paşanın komandanlığında Bakının qurtuluşu haqqında çox qiymətli arxiv araşdırmalarının və “Nuri Killigil” kitabının müəllifi Atilla Oralın dizaynı ilə ərsəyə gələn 0 göstərişli evro pul nişanı dövriyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub. Avro ilə eyni dəyərə malikdir.
Layihənin müəllifi Özgür Honça gördüyü bu böyük işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söylədi. “Bundan öncə də Avropa Mərkəzi Bankında Gazi Mustafa Kamal Atatürk ve daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik yubileyi idi. Biz də qardaş Azərbaycana bir hədiyyə etmək istədik.
Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir. Eyni məqsədlə qardaş Azərbaycana da etdiyimiz hədiyyə 10 min ədəd basılıb. 5 mini Azərbaycana göndəriləcək, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək. İnşallah nəsib olursa xatirə pulunun ilk nömrəsini Azərbaycan Prezidenti cənab İlham Əliyevə də hədiyyə etmək istəyirik”, – deyə o bildirib.
Araşdırmacı yazar Atilla Oraln sözlərinə görə, Özgür bəyin böyük zəhmətilə meydana gələn avro xatirə pul nişanının üzərində dalğalanan Türkiyə və Azərbaycanın ay ulduzlu bayraqları fonunda iki böyük tarixi şəxsiyyətin rəsmini görmək olduqca qürurvericidir. “Bu eyni zamanda birliyimizin, sevgimizin, sevdamızın misalıdır. İnanıram ki, hədiyyə Azərbaycan xalqı tərəfindən böyük maraqla, sevgilə qarşılanacaq”, – deyə Atilla Oral əlavə edib. (anews.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO