Avstriya “Formula 1” mövsümünə start verir
Pandemiya səbəbindən “Formula 1” rəhbərliyi bir ölkədə 2 Qran-pri keçirməyə razılıq verib. Hazırda Avropada təşkil olunacaq 8 yarışın təqvimi məlumdur ki, bunlardan da 4-nə Avstriya və Böyük Britaniya ev sahibliyi edəcək.
Rakus.az xəbər verir ki, mövsümə iyulun 3-də Avstriya Qran-prisi ilə start veriləcək. İyulun 4-də təsnifat, bir gün sonra isə final mərhələsi olacaq.
Bir həftə sonra Avstriyada ikinci Qran-pri keçiriləcək. İyulun 19-da Macarıstan yarışının ardından Böyük Britaniya ardıcıl olaraq 2 yarışa ev sahibliyi edəcək. Silverstoundakı ilk final avqustun 2-də, ikinci həlledici mərhələ isə bir həftə sonra olacaq. Ardınca isə İspaniya, Belçika və İtaliya Qran-priləri təşkil ediləcək.
Xatırladaq ki, həmişə olduğu kimi azarkeşlər bu yarışları ölkəmizdə “İdman TV” vasitəsilə izləyə biləcəklər.