skip to Main Content
Sosial 03.12.2019 18:03

Avtomobil bazarındakı bahalaşmanın səbəbi bilindi - VİDEO

Son vaxtlar ölkəyə gətirilən avtomobillərin qiymətində artım müşahidə olunur. Bu isə paytaxtın avtomobil bazarlarında durğunluğa gətirib çıxarıb.

Rakus.az xəbər verir ki, buna əsas səbəb kimi isə gömrük rüsumlarının yüksək olması göstərilir. Mütəmadi olaraq, gömrük postundan avtomobil keçirən şəxslər gətirdikləri avtomobilə görə həm ödənilən gömrük rüsümunun çox olduğunu, həm də rüsumdan əlavə pul alındığını deyirlər.

“X-5 alırıq 10 min dollara gətiririk burda 15-16 min dollar gömrük rüsumu qoyurlar. 750 dollara aldığım maşına 7 minə yaxın gömrük rüsumu ödəmişəm”, – deyə avtomobil dəllallarından biri qeyd  edib.

Digər avtomobil alqı-satqıısı ilə məşğul olan şəxs də, avtomobili aldıqları qiymətin iki qatı qədər gömrük rüsumu ödədiklərini bildirib. Onun sözlərinə görə, Azərbaycanda rüsumlar çox yüksəkdir: “Avtomobilin qiymətindən çox gömrük rüsumu olar? Rüsumlar yüksək olduğu üçün avtomobil bazarında alıcı da tapılmır”.

Bir neçə gün əvvəl tətbiq olunan rüsumlarla bağlı açqlama verən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə rüsumların komitə tərəfindən yox, Nazirlər Kabineti tərəfindən müəyyənləşdirdiyini bildirmişdi. Lakin xaricdən avtomobil gətirən vətəndaşlar cədvəl üzrə müəyyən ediləndən artıq rüsum ödədiklərini bildirirlər.

Məsələni aydın şəkildə öyrənmək üçün sonuncu müsahibimizin 2013-cü il Almaniya istehsalı olan, 1.7 litr mühərrikli “Opel Astra” avtomobili üçün rəsmi gömrük rüsumunu hesabladıq. Məlum oldu ki, bu avtomobilin aksiz vergisinə görə 510 manat, mühərrikin işçi həcminə görə 3468 manat, Əməliyyat xərclərinə 60, vəsiqə üçün 30 manat, ƏDV 1007 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV üçün isə 5.4 AZN olmaqla cəmi 5111 manat ödəniş edilməlidir.

Ancaq həmin şəxs 6900 manat ödəniş edib. Burada əsas boşluq cədvəldəki “Avtomobilin gömrük dəyəri” xanası ilə bağlıdır. Belə ki, gömrük işçiləri həmin rəqəmi alıcının təqdim etdiyi invoys sənədinə əsasən yox, avtomobilin Azərbaycan bazarındakı real qiymətinə əsasən hesablayırlar.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı rüsumların düzgün tənzimlənmədiyini deyir: “Azərbaycanda avtomobillərin qiymətini süni şəkildə bahalaşır. Bunun da əsas səbəbi gömrük rüsumlarıdır. Komitə sədri həm deyir ki bu qərarlardan bizim xəbərimiz yoxdur. Dövlət qərar qəbul edir biz də onu icra edirik. Sonra da deyir ki, biz məsələlərlə bağlı dövlətə təklif veririk. Demək ki, komitə təklifi yazıb verir, dövlət də qəbul edir. Sonda yenə komitə deyən olur”.

Görünən odur ki, problem aradan qaldırmaq üçün xaricdən gətirilən avtomobillərin gömrük rüsumlarının hesablanması mexanizminə yenidən baxılmalı və boşluqlar aradan qaldırılmalıdır. (BAKU.WS)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Back To Top
×Close search
Axtar