Siyasi 15.12.2019 20:00

AXCP üzvü həbsdən buraxıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn dekabrın 15-də həbsdən buraxılıb.

Rakus.az xəbər verir ki, bu barədə İlham Hüseyn özü məlumat verib.

O bildirib ki, oktyabrın 16-da saxlanıb. Deməsinə görə, əvvəl Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparılıb, 7 saat orada saxlandıqdan sonra Respublika Narkoloji Mərkəzinə gətirilib, oradan rəy alınıb ki, qanında narkotik var.

Bunu uydurma sayan AXCP funksionerinin vurğulamasına görə, ona Cinayət Məcəlləsinin 206.2-ci ( narkotik vasitələrin, silah, radioktiv və başqa maddələrin gömrükdən gizli keçirilməsi ) və İnzibati Xətalar Məcəlləsinin 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə ittihamlar verilib. İlham Hüseyn 2 ay həbsdə qaldığını əlavə edib.

Onun dediyinə görə, Sabunçu rayon Məhkəməsinin qərarı ilə həbsindən apelyasiya şikayəti versə də, rədd cavabı alıb. İlham Hüseyn Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini söyləyib.

Ona irəli sürlən ittihamları və həbsini siyasi fəaliyyəti ilə izah edən AXCP funksioneri qeyd edib ki, o, küçədə çörək alarkən saxlanıb.

İlham Hüseyn əlavə edib ki, sərbəst buraxılsa da Cinayət Məcəlləsinin 206.2-ci maddəsi üzrə ittiham onun üzərindən götürülməyib.

Həmin maddə üzrə ona 7 ilə qədər həbs cəzası verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 535-ci madəsi üzrə maksimum cəza isə 1 ay həbsdir.

AXCP funksionerinin bu açıqlamasını hələlik, Sabunçu Rayon Məhkəmsi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq ölkədə insanların şərlənərək, dinc siyasi fəaliyyətlərinə görə, həbs edilməsi ilə bağlı deyilənləri təkzib edir. (Amerikanın səsi)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir