Siyasi 11.10.2024 22:44

“Axparlar deyirdilər ki, bizi aldadıb bura gətiriblər, sizi də qovacaqlar” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Livandan və İrandan köçürülən “Axparlar” ermənilərə oğru deyirdilər” adlı veriliş Pəmbək mahalının Hamamlı rayonunun Saral kənd sakini Seyfəddin Mustafayevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və gənclik illərini xatırladıb, doğulduğu kəndin gözəlliyindən, orada yaşayan azərbaycanlıların mehriban münasibətindən danışıb: “O dövrdə bölgənin adı Pəmbək mahalı idi və ərazidə azərbaycanlılar əsrlərlə məskunlaşmışdılar. Saral kəndi dörd dağın əhatəsində yerləşirdi. Qonşuluqda Qursalı, Vartana və Hacıqara kimi  kəndlər var idi. Bu kəndlər arasında sıx əlaqələr mövcud idi. Müəllimlər bir-birinin kəndlərində dərs deyir, şagirdlər təhsil almaq üçün qonşu kəndlərə gedirdilər. Saral məktəbi bölgədə ən böyük təhsil ocağı sayılırdı və ilk 11-ci sinif burada açılmışdı. Kəndin iqtisadi həyatı əsasən kənd təsərrüfatı və heyvandarlığa əsaslanırdı”.

Onun sözlərinə görə, Saral kəndində Novruz bayramı xüsusi təntənə ilə qeyd olunurdu: “Qovutdan hazırlanan Novruz xəşili, noxud düzəltmək kimi adətlər var idi. Maraqlı bir ənənəyə görə, damların üstünə qoyulan noxud xəşilini qarğanın hansı evə aparması gələcək qohumluq əlaqələrinin müəyyənləşdirilməsində rol oynayırdı. Çərşənbə axşamlarında “lopa” adlanan məşəllər yandırılır, təkərlər alışdırılıb dağdan buraxılırdı. Bu əyləncəli adət bəzən təhlükəli vəziyyətlər də yaradırdı”.

Saral sakini deyir ki, 1970-ci illərdən etibarən ermənilər tərəfindən azərbaycanlılara qarşı təzyiqlər artmağa başlayıb: “Hətta erməni əsilli bir iş yoldaşım mənə “Vaxt gələcək bu ərazidə bir türk qalmayacaq” deyirdi. Lakin artıq 1970-ci illərdə Livandan və İrandan köçürülən ermənilər yerli azərbaycanlılara deyirdilər ki, sizin yeriniz bura deyil, Bakıya gedin, yoxsa sizi buradan qovacaqlar”.

S.Mustafayev erməni vəhşiliyindən və deportasiyadan da söz açıb: “Hamamlıda 33 uşağı böyük borunun içinə doldurub, iki tərəfdən ağzını bağlayıb yandırmışdılar. Amma ermənilər bu hadisələri ört-basdır edirdilər. Nəhayət, 1988-ci ildə ermənilər azərbaycanlıları öz doğma yurdlarından tamamilə qovdular. Ailəmiz, atam-anam digər həmyerliləri kimi, Azərbaycana pənah gətirdi. Lakin ürəyimiz hələ də vətən həsrəti ilə döyünür. Bizim ruhumuz oradadır. Babalarımız, analarımız, nənələrimizin qəbri orada yerləşir. Mən inanıram ki, bir gün öz doğma yurdumuza qayıdacağıq. Nəvələrimin əlindən tutub gedəcəm və o torpaqların iyisini alacam”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların yaşadığı çətinlikləri, qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 11-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO