İyulun 17-də carı ilin ikinci Ay tutulması (qismən) baş verəcək.
Rakus.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimumda olacaq, saat 02:59-da başa çatacaq.
Ay tutulması Cənubi Amerika, Avropa, Afrika və Avstraliyada müşahidə ediləcək. Tutulma Azərbaycanda müşahidə olunmayacaq.
Xatırladaq ki, 2019-cu ildə ilk Ay tutulması (tam) 21 yanvarda baş verib.