Siyasi 02.07.2020 17:16

Aydın Hüseynov: “Milli Məclis 4 ayda yeniliklərə imza atdı”

“6-cı çağırış Milli Məclisin ilk sessiyasının fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki qanunverici orqan ölkəmizdə həyata keçirilən islahatlar prosesinə uyğun quraraq üzərinə düşən vəzifələrə layiqincə əməl edib”.

Rakus.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov yeni parlamentin ilk 4 aylıq fəaliyyəti barədə danışarkən bildirib. Prezident İlham Əliyevin yeni parlamentin ilk iclasında deputatlar qarşısında proqram xarakterli çıxışının yeni Milli Məclisin fəaliyyətinin yüksək səviyyədə qurulmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edən deputatın sözlərinə görə, ilk 4 ayda bir sıra yeniliklərə imza atılıb.
Yeni Milli Məclis bir sıra yenilikləri ilə seçilib: “Belə ki, müstəqillik tariximizdə ilk dəfə olaraq Milli Məclisə qadın siyasətçi sədr seçildi. Parlamentdə deputat çoxluğu Yeni Azərbaycan Partiyasına məxsus olsa da sədr müavinləri, bəzi komitələrin rəhbərləri vəzifələrinə digər partiyaların və bitərəf deputatların təmsilçiləri seçildilər. YAP-ın deputatı, professor Sahibə xanım Qafarova Milli Məclisin sədri kimi ilk vaxtlardan demokratik prinsiplərə söykənən idarəetmə qabiliyyəti və təşəbbüskarlığı ilə seçildi. Sahibə xanım ilk iclasdan başlayaraq parlamenti tam demokratik və plüralist şəkildə idarə etməyə başladı və bir sıra yeniliklərə qədəm qoydu.
Plenar iclaslarda qanun layihələrinin komitə sədrləri ilə yanaşı, üzvlər tərəfindən də təqdim olunması daha bir yenilik oldu. Sədrin siyasi əqidəsindən və mənsubiyyətindən asılı olmayaraq bütün deputatlara fikir və təkliflərini bildirməsi üçün şəraitin yaratması parlamentin işgüzar nüfuzunun cəmiyyətimizdə durmadan artmasına geniş zəmin yaratdı. Parlamentin mətbuat xidməti bir sıra uğurlu layihələri – Xocalı hadisələri, parlamentimizin xarici əlaqələri və digər aktual məsələlərlə bağlı çağırışları cəmiyyətimiz tərəfindən yüksək qarşılandı.

Ötən müddət ərzində Milli Məclisin beynəlxalq əlaqələri xeyli genişləndirildi. Prezident İlham Əliyevin deputatlıq fəaliyyəti dövründə təməli qoyulan Milli Məclisin xarici əlaqələri uğurla davam etdirilir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan Aydın Hüseynov onu da qeyd edib ki, 2019-cu il Dövlət büdcəsinin icrası müzakirə olunan zaman Maliyyə, İqtisadiyyat Nazirliklərinin, Hesablama Palatasının və digər qurumların rəhbər şəxslərinin iştirakı ilə geniş müzakirələrin aparılması da bu sessiyada son dərəcə müsbət addım oldu. Həm də bu parlamentin uğurlu fəaliyyətinin növbəti göstəricisi kimi tarixə düşdü.



Deputatın sözlərinə görə, dünyada tüğyan edən ağır və çətin pandemiya dövrünə baxmayaraq parlamentin və komitələrin işində fasilələr, boşluq yaranmadı. Hökumətin, Ombudsmanın, bələdiyyələrin, Hesablama Palatasının və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatları dinlənildi.

A.Hüseynov vurğuladı ki, ən mühüm və yadda qalan işlərdən biri də Milli Məclisdə qanvermə aksiyasının keçirilməsi oldu: “Ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın çağırışına cavab və dəstək olaraq, sədr Sahibə xanım Qafarovanın təşəbbüsü və iştirakı ilə Milli Məclisdə qanvermə aksiyası keçirildi.

İnsanların pandemiya ilə bağlı xüsusi karantin rejiminin tələblərinə və şərtlərinə əməl etməsi üçün bir neçə dəfə parlament rəhbərliyi, millət vəkilləri səviyyəsində cəmiyyətə çağırışlar edildi. Bununla bağlı mövcud İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər olundu.

Bundan başqa, üzvü olduğum komitənin təşəbbüsü ilə iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atldı və bu sahədə vacib olan qanunlar qəbul olundu”.

Deputat sonda bildirib ki, sadaladıqları bütün bu fəaliyyət istiqamətləri yeni Milli Məclisin ilk 4 aylıq işinin yüksək qiymətləndirilməsinə və bundan sonrakı dönəmdə də uğurlu fəaliyyət göstərməsinə ciddi əsas yaradır.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO