Siyasi 01.06.2019 16:29

Aydın Kərimov Prezidenti məlumatlandırdı

Azərbaycan və Gürcüstanda “Schlumberger” şirkətinin baş meneceri Aydın Kərimov Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisi çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevi Xəzər dənizində qazılmış ən dərin quyu barədə məlumatlandırıb. 

Rakus.az xəbər verir ki, A.Kərimovun sözlərinə görə, aprelin 15-də “Abşeron” yatağında ABD-001 quyusunun qazılması zamanı 7 min 411 metr dərinliyə çatmaq mümkün olub.

Onun sözlərinə görə, qazma işləri yataqdakı ehtiyatın həcmini ölçmək məqsədilə aparılıb.

A.Kərimov dövlət başçısının diqqətinə çatdırıb ki, qazma işləri zamanı “Schlumberger” şirkətinin ən müasir texnologiyalarından, o cümlədən, “PowerDrive ©” və “EnduroBlade 360 ©” sistemlərindən istifadə olunub.

A.Kərimov əlavə edib ki, “Abşeron” yatağı qaz kondensatıdır və Xəzər şelfinin 500 metr dərinliyində yerləşir.

“Yataq Bakıdan 100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometr şimal-şərqdə yerləşir. Yataqdakı qaz ehtiyatları 350 milyard kubmetr, kondensatlar isə 45 milyon ton həcmində dəyərləndirilir”, – baş menecer əlavə edib.

O bildirib ki, lüləli qiymətləndirmə quyusu Heydər Əliyev adına 6-cı nəsil yarımsəviyyəli qazma qurğusu tərəfindən qazılır. İşlərin 2019-cu ilin oktyabrında yekunlaşdırılması planlaşdırılır.

A.Kərimov bundan əvvəlki rekord sayılan “Şahdəniz” yatağında 2008-ci ildə qazılmış SDX4 (7 min 300 metr) quyusundan da danışıb. O əlavə edib ki, həmin vaxt da qazma işlərində “Schlumberger” şirkətinin texnologiyalarından istifadə edilib. (Oxu.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO