Sosial
06.12.2019
23:53
Aygün xanım üçün ən böyük sevinc o gün olacaq
Tələbəsi olduğum Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti Aygün xanımla səhər fakültəmizin dəhlizində qarşılaşanda həmişəki kimi səmimi salamlaşdıq. O, adəti üzrə “Necəsən, oğlum?” dəyə soruşdu, mən də ehtiramla cavab verdim. Həmin dəqiqələrdə heç nədən xəbərim yox idi…
Sadəcə yarım saat əvvəl təsadüf nəticəsində öyrəndim ki, bu gün müəlliməmizin ad günü imiş. Odur ki, gec də olsa bu qeydləri etməyi özümə borc bildim:
Aygün xanımı ilk dəfə birinci kursda oxuyanda müəllimi olduğu “Mətbuat tarixi və ideoloji iş metodları” kafedrasında görmüşdüm. Hansısa məsələ ilə bağlı getmişdim kafedraya. O, yuxarı kurs tələbələrinə böyük şəxsiyyət Üzeyir Hacıbəyov haqqında danışırdı: “… Çoxları Üzeyir bəyi sadəcə musiqişünas kimi tanıyır. Amma o, həm də dahi publisist, istedadlı jurnalist olub. Siz onun “Bir qədər qəzetəcilik dərsi” məqaləsini oxusanız…”
Sonralar Aygün xanımı daha yaxından tanıdım. Bir dəfə fənn müəllimimizi əvəz etmişdi. Görkəmli mətbuat nümayəndələrimizdən, o cümlədən Məhəmməd Əmin Rəsulzadədən danışırdı. Belə bir sual verdi: “Uşaqlar, Məhəmməd Əmin Rəsulzadə deyəndə onun mətbuatdakı fəaliyyəti ilə bağlı ağlınıza ilk gələn nə olur?” Cəld əlimi qaldırdım və “”İrani-Nov” qəzetində dərc edilən “Mətbuat azadlığı” məqaləsi” dedim. Ardınca da həmin məqalə haqqında məlumat verdim. Müəllimənin üzündəki təbəssümdən hiss etdim ki, cavabımdan razı qaldı. Bu, mənim Aygün xanımın dərsində ilk və son dəfə iştirakım idi. Amma sonralar ondan daha çox şey öyrəndim.
Bir dəfə fakültəmizin bir qrup müəllim- tələbə heyəti ilə birlikdə Ağdam və Ağcabədiyə səfər etmişdik. Aygün xanım da heyətin tərkibində idi. Cəbhə xəttinə qədər irəlilədik. Müəlliməmiz həmin anlarda çox həyəcanlı idi. Lakin bu, özünün təhlükə altında olduğuna görə deyil, orada keşik çəkən gənc əsgərlər üçün narahat olduğuna görə idi. Qayıdanda həmin hərbi qulluqçulara öz xeyir-duasını verdi. O anlarda Aygün xanımın necə ağlaması, ürəkdən dilə gətirdiyi alqışlar heç vaxt yadımdan çıxmaz. Əslində Aygün müəllimənin məsələyə çox həssas yanaşması təsadüfi deyildi. Çünki o, şuşalıdır, qəlbində bir vətən nisgili var.
Yaxşı xatırlayıram, “Qəzetdə praktik iş” fənnindən imtahana hazırlaşanda “Sovet dövründə müxalif mətbu orqanları” sualına cavab tapa bilmirdim. Fənn müəllimindən soruşanda dedi ki, bu, elə Aygün xanımın tədqiqat işidir. Odur ki, Aygün müəllimədən mənə kömək etməsini xahiş etdim. Əvvəlcə, xeyli məlumat verdi, sonra da özünün müəllifi olduğu kitabı hədiyyə edərək: “Oğlum, burda sənə lazım olan hər şey var. Sənə bağışlayıram”-dedi. Və mən də həmin imtahandan yüksək nəticə qazananda uğurumu ilk növbədə onunla bölüşdüm. Mənim kimi müəllimə də sevindi. Lakin dəqiq bilirəm ki, o ən böyük sevinci Üzeyir bəyin, Əhməd Ağaoğlunun, Əbdürrəhim bəy Haqverdiyevin və onlarca digər görkəmli şəxsiyyətin vətəni olan Şuşanın tapdaq altından azad olunduğu gün yaşayacaq. Həmin günü gözləyək, Aygün xanım!
100 yaşayın, Aygün xanım! Tələbələriniz sizinlə fəxr edirlər.
Kənan Novruzov,
BDU Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi
BDU Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Siyasi, Sosial
/
05.12.2025
22:03
Siyasi, Sosial
/
05.12.2025
14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil
/
04.12.2025
23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi
/
04.12.2025
14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni
/
03.12.2025
23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni
/
03.12.2025
13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi
/
03.12.2025
11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial
/
02.12.2025
23:11
Elm və təhsil, Siyasi
/
02.12.2025
18:15
Sosial
/
02.12.2025
14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi
/
02.12.2025
13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə
/
01.12.2025
23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil
/
29.11.2025
23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi
/
29.11.2025
18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial
/
28.11.2025
23:22
Siyasi, Sosial
/
28.11.2025
14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil
/
27.11.2025
23:40
Siyasi
/
27.11.2025
14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi
/
26.11.2025
23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat
/
26.11.2025
17:17
Siyasi
/
26.11.2025
14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial
/
25.11.2025
23:23
Müsahibə, Mədəni
/
25.11.2025
18:50
Sosial
/
25.11.2025
14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni
/
25.11.2025
13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə
/
24.11.2025
23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO














