İqtisadi 22.04.2019 18:57

AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşdü

AZAL-ın prezidenti Cahangir Əsgərov bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfiri Örli Litzenberqer ilə görüşüb.

Rakus.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə ediblər.

C.Əsgərovun sözlərinə görə, Azərbaycanda müasir nəqliyyat infrastrukturu yaradılmışdır və nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial mövcuddur.

Xüsusilə, ABŞ-ın ən iri aerokosmik korporasiyası “Boeing” “Azərbaycan Hava Yolları”nın strateji tərəfdaşıdır və AZAL-ın donanmasına müasir “787-8 Dreamliner” də daxil olmaqla bir neçə tipli “Boeing” təyyarələri daxildir.

Bundan başqa, 2016-cı ilin iyun ayından etibarən Azərbaycan və Birləşmiş Ştatlar arasında “Açıq Səma” (Open Skies) sazişi qüvvədədir. Bu saziş sayəsində operatorlara sərnişin və yük aviadaşımaları üzrə daha əlverişli və səmərəli xidmətlər göstərilib.

ABŞ Federal Aviasiya Administrasiyası Azərbaycan mülki aviasiyasının normativ bazasının təkmilləşdirilməsi sayəsində ölkəmiz üçün aviasiya təhlükəsizliyinin ən yüksək səviyyəsi – “A kateqoriyasını” təsdiq etmişdir ki, bu da birbaşa Bakı – Nyu-York -Bakı aviareysini açmağa imkan verib.

“Silk Way” aviaşirkəti 2005-ci ildən etibarən həm ABŞ-ın özəl şirkətləri, həm də dövlət sektoru ilə işgüzar münasibətləri fəal inkişaf etdirir və möhkəmləndirir. “Silk Way” aviaşirkəti ABŞ-ın müvafiq orqanları tərəfindən tanınan və sertifikatlaşdırılan aviadaşıyıcılardan biridir. US TRANSCOM (ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı) ilə sıx əməkdaşlıq aviaşirkətə İraq və Əfqanıstan da daxil olmaqla, bütün mühüm istiqamətlər üzrə daşınma sifarişlərini yerinə yetirməyə imkan verib.

Səfirin sözlərinə görə, mövcud böyük potensial və yaradılan şərait ölkələrimiz arasında turizmin inkişafında böyük imkanlar açır. “ABŞ və Azərbaycan arasında münasibətləri, xüsusilə AZAL və “Silk Way” aviaşirkəti ilə əməkdaşlığı çox yüksək qiymətləndirirəm və səbirsizliklə turizmin inkişafında tərəqqi gözləyirəm”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO