İqtisadi 21.11.2019 12:25

AZAL sərgidə bir sıra önəmli razılaşmalara imza atdı - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri Dubayda dünyanın ən nüfuzlu və əlamətdar aviakosmik tədbirlərindən biri olan illik “Dubai Air Show 2019” aviasalonu və sərgisi keçirilir. Sərgidə aviasiyanın müxtəlif sahələrindən olan şirkətlərin təmsil etdiyi 60-dan çox ölkə iştirak edir. Sərgidə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Rakus.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan nümayəndə heyəti “Boeing” şirkətinin rəhbərliyi ilə uzaq magistrallı “Boeing 787 Dreamliner” təyyarələrinin təchizatı ilə bağlı görüşüb. Bu tipli 2 təyyarə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən artıq istifadə olunmaqdadır.

Sərgi çərçivəsində E.Hacıyev “Airbus” konsernin kommersiya direktoru Kristian Şerer ilə görüşüb. Danışıqların əsas mövzusu “Airbus A320Neo” və “Airbus А220” kimi yeni nəsil təyyarələrin texniki və kommersiya xüsusiyyətləri ilə tanışlıq olub. Avropanın aparıcı təyyarə konserninin bu təyyarələri özlərini doğrultmuş və öncəki nəsil təyyarələrin təkmilləşdirilmiş versiyasıdır. “Airbus” şirkəti artıq bu təyyarənin təchizatı ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən çoxlu sayda sifariş alıb.

Azərbaycan nümayəndə heyəti aviasalonda bir sıra nəhəng maliyyə şirkətləri ilə təyyarə parkının yenilənməsi proqramlarının maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparıb. Hava gəmilərinin istismarının iki növü nəzərdən keçirilib – əməliyyat və maliyyə lizinqi.

Həmçinin AZAL-ın aviasalonda iş proqramı çərçivəsində pilotların təlim və lisenziyalaşdırılması üçün mülki aviasimulyatorların “FlightSafety International” kimi aparıcı təchizatçıları ilə danışıqlar aparılmışdır. Milli Aviasiya Akademiyası üçün “Embraer E190-E1” aviasiya trenajorunun əldə edilməsi gözlənilir. Yeni trenajor kompleksi “Buta Airways” aviaşirkətinin pilotlarının tam təlim və lisenziyalaşdırılması üçün imkan yaradacaq.

AZAL-ın nümayəndə heyəti Dubayda “GE Aviation” şirkətinin vitse-prezidenti Ceyson Toniç ilə danışıqlar aparıb. “GE Aviation” müxtəlif modifikasiyalı, həmçinin “Azərbaycan Hava Yolları”nın donanmasına daxil olacaq yeni sərnişin təyyarələrinin mühərriklərinin aparıcı təchizatçılarındandır.

Aviaşouda mühüm hadisələrdən biri də “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyev və Macarıstan aeronaviqasiyası “HungaroControl”un icraçı direktoru Kornel Szepessy arasında Avropa və Avrasiya hava limanlarının aeronaviqasiya məlumatlarının mübadiləsi üçün mərkəzləri Budapeşt və Bakıda olmaqla rəqəmsal magistralın yaradılması haqqında müqavilənin imzalanması olub. İmzalanan saziş Avropa İttifaqı ilə Avrasiya arasında aviasiya məlumatlarının ötürülməsi üçün sabit rəqəmsal magistral kanalının yaradılmasına, habelə aviasiya məlumatlarının Bakıdakı serverlərdə saxlanılması və daha sonra Avrasiyanın aviasiya istifadəçilərinə ötürülməsinə imkan verəcək.

Bu əməkdaşlığın strateji məqsədi hava nəqliyyatının idarə olunması sahəsində kritik məlumatların etibarlı və təhlükəsiz mübadiləsini təmin etməkdir ki, bu da öz növbəsində Avropa ilə Avrasiya arasında kəsilməz və funksional əlaqəni təmin edəcək. Hələ bu ilin oktyabrında Bakıda keçirilən “Digital Transformation Day” konfransı zamanı AZANS və “HungaroControl” belə sistemlərin hava naviqasiyası sahəsindəki texnoloji inqilabın əsasını təmin edəcəyini bildiriblər.

“Al Heya Holding”in prezidenti Abdulla Əl-Mansuri, Avstriyanın tikinti korporasiyası “Waagner-Biro”nun sahibi və icraçı direktoru Yoqan Sişka ilə geniş görüş keçirilib. Görüşdə Heydər Əliyev Beynəlxalq Aeroportunun infrastrukturunun inkişafı və BƏƏ-nin nəhəng şirkəti tərəfindən investisiyanın ayrılması məsələləri müzakirə edilib.

Avstriyanın “Frequentis” şirkətinin prezidenti Norbert Haslaher ilə görüşdə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində ən yeni nəsil rəqəmsal rabitə sisteminin tətbiqi ilə bağlı layihə müzakirə edilib. “Frequentis” texnologiyaları ABŞ-ın aerokosmik agentliyi NASA da daxil olmaqla dünyanın aparıcı aviasiya provayderləri tərəfindən istifadə olunur.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO