Azərbaycanda turizm sektorunda da geriləmə var, 13 faiz azalma qeydə alınıb.
Rakus.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib:
“Gürcüstan Azərbaycanla müqayisədə turizmdən 600 milyon dollar çox gəlir götürüb. AZAL-ın Azərbaycanda bu sahəyə vurduğu zərər əvəzolunmazdır. Bu gün bütün uçuşlar Kutaidən, Tiflisdən edilir. Qiymətlər baha olduğundan özümüzü bilə-bilə bu zərərə salırıq”. (Yeni sabah)