Azarkeşlər “Formula 1″i tribunalardan izləyəcəklər
“Formula 1” Braziliya Qran-prisinin baş promouteri Tamaş Roxoni yarışın əvvəlcədən elan olunduğu kimi noyabrın 15-də İnterlaqos trasında keçiriləcəyini açıqlayıb.
Rakus.az xəbər verir ki, T.Roxoni deyib: “Hazırlıq plana uyğun gedir. Yürüş zamanı heç bir problem olmayacaq. Ümid edirəm ki, yarışın vaxtında dəyişiklik olmayacaq və tribunalara azarkeşlər buraxılacaq”.
Xatırladaq ki, “Formula 1” üzrə dünya çempionatının ilk 8 Qran-pri üçün təqvimi açıqlanıb. Yeni mövsümə iyulun 3-5-də Avstriyada start veriləcək. Avstriya ikinci yarışa iyulun 10-12-də ev sahibliyi edəcək. İyulun 17-19-da Macarıstan Qran-prisi təşkil olunacaq. İyulun 31-dən avqustun 2-dək və avqustun 7-9-da Böyük Britaniyada iki yarış keçiriləcək. Avqustun 14-16-da İspaniyada, ayın 28-30-da Belçikada, sentyabrın 4-6-da isə İtaliyada yarışların təşkili nəzərdə tutulub.