İqtisadi 03.05.2019 14:20

“Azəraqrar”ın heyəti BƏƏ-də səfərdə oldu - FOTO

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olub.

Rakus.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Mərkəzi Baytarlıq Laboratoriyasının (CVRL) dəvəti ilə baş tutan səfərin məqsədi BƏƏ-də dəvəçiliklə bağlı mövcud təcrübənin öyrənilməsi və gələcək əməkdaşlıq perspektivlərinin araşdırılması olub. Səfər çərçivəsində nümayəndə heyətinə laboratoriyanın fəaliyyəti, dəvəçiliklə bağlı elmi-praktiki təcrübələr və həyata keçirilən layihələr haqqında məlumat verilib.

Daha sonra “Azəraqrar”ın nümayəndə heyəti Dubay Dəvəçilik Xəstəxanasında dəvələrin müayinə və əməliyyat prosesləri ilə tanış olub.

“Camelicious” şirkətinə məxsus fermanı ziyarət edən nümayəndə heyətinə dəvələrin saxlanılma şəraiti, dəvə südündən həm ölkədaxili, həm də ixracyönümlü məhsulların hazırlanması prosesləri, südlük, ətlik və yarış istiqamətli dəvə cinsləri ilə bağlı geniş məlumat verilib. Şirkət nümayəndələrinə dünyada dəvə südü məhsullarına artan tələbat və bu sahənin perspektivləri barədə təqdimat edilib.

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin nümayəndələri də öz növbəsində şirkətin balansında olan “Qobu” Damazlıq Dəvəçilik təsərrüfatı barədə məlumat verib. Bildirilib ki, təsərrüfatda 85 baş ikihörgüclü dəvə cinsləri saxlanılır. Azərbaycanda mövcud dəvəçilik ənənələrinin davam etdirilməsi və ölkəmizin bu sahəni inkişaf etdirmək niyyəti BƏƏ şirkətinin mütəxəssislərinin diqqətinə çatdırılıb.

Sonda şirkət nümayəndələri Azərbaycanla dəvəçilik sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıblar.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO