II Avropa oyunları 27.06.2019 11:44

Azərbaycan 17-ci pilləyə yüksəldi

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının 6-cı günündə 16 dəst medal sahibini tapıb.

Rakus.az xəbər verir ki,  yarış günü Azərbaycan millisi üçün uğurlu alınıb.

İdmançılarımız ilk qızıl medala yiyələnib. Buna sərbəst güləşçi Mahir Əmiraslanov (57 kq) nail olub. Yığmamız günü daha iki bürünc medalla tamamlayıb. Sərbəst güləşçilər Hacımurad Hacıyev (74 kq) və Camaləddin Məhəmmədov (125 kq) 3-cü yeri tutublar.

Bundan başqa, dörd idmançımız medalı təmin edib. Sərbəst güləşdə Hacı Əliyev (65 kq) və Nurməhəmməd Hacıyev (97 kq) ən azı gümüş, boksçular Lorenzo Sotomayorla (69 kq) Alfonso Dominges (81 kq) ən azı bürünc mükafat qazanacaq.

Əldə olunan üç medaldan sonra yığmamızın hesabındakı mükafatlar 14-ə çatıb. 1 qızıl, 4 gümüş və 1 bürünc medalı olan millimiz Avropa Oyunlarının 17-cisidir. Komandamız bir gün əvvəlki ilə müqayisədə 9 pillə irəliləyib.

Cədvələ isə Rusiya başçılıq edir. İlk altı gündə 200 dəst medaldan tən yarısı sahibini tapıb ki, şimallılar 100 dəst mükafatdan 28 qızıl, 15 gümüş və 20 bürüncə sahib çıxıb.

Belarus ümumi siyahıda 2-ci, Gürcüstan isə 3-cüdür. Ümumilikdə 37 ölkə təmsilçiləri medal sevinci yaşayıb. Çempion adına isə 28 yığmanın üzvləri layiq görülüb. (apa.az)

yer ölkə qızıl gümüş bürünc Cəmi
1 Rusiya 28 15 20 63
2 Belarus 15 11 19 45
3 Gürcüstan 6 6 10 22
4 İtaliya 6 5 3 14
5 Ukrayna 5 10 7 22
6 Fransa 5 1 9 15
7 Almaniya 4 1 5 10
8 İsrail 3 3 0 6
9 Belçika 3 1 1 5
10 Sloveniya 3 0 1 4
11 Portuqaliya 2 5 4 11
12 Rumıniya 2 2 4 8
13 İsveçrə 2 2 0 4
14 Polşa 2 0 0 2
15 Hollandiya 1 6 3 10
16 Bolqarıstan 1 5 5 11
17 Azərbaycan 1 4 9 14
18 Çexiya 1 2 4 7
19 Böyük Britaniya 1 2 3 6
19 Yunanıstan 1 2 3 6
21 Serbiya 1 2 2 5
22 İspaniya 1 1 4 6
23 Macarıstan 1 1 3 5
23 Türkiyə 1 1 3 5
25 Ermənistan 1 1 1 3
25 Kosovo 1 1 1 3
27 Xorvatiya 1 0 2 3
28 İsveç 1 0 1 2
29 Latviya 0 3 2 5
30 Estoniya 0 2 0 2
31 Avstriya 0 1 3 4
32 Moldova 0 1 2 3
33 Danimarka 0 1 1 2
34 Bosniya və Herseqovina 0 1 0 1
34 Slovakiya 0 1 0 1
36 Lüksemburq 0 0 1 1
36 San-Marino 0 0 1 1
Cəmi 100 100 137 337

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası”
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir