İqtisadi 03.05.2019 15:40

Azərbaycan AEBA-nın şəbəkəsinə üzv oldu

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin elektron şəbəkəsinə rəsmi üzv qəbul edilib.

Rakus.az xəbər verir ki, Azərbaycan Metrologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovun verdiyi məlumata görə, Azərbaycan Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında (AEBA) Texniki Əməkdaşlıq Çərçivə Proqramına əsasən, AEBA-nın 2009-2012-ci illər üzrə Fəaliyyət Planı üzrə Azərbaycanda “Etalon Dozimetrik Laboratoriyası (Azerbaijan SSDL)” yaradılmışdır (AZB/6005).

Bu laboratoriya hazırda “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin balansında yerləşir və “İonlaşdırıcı şüalanma və radioaktivlik ölçmə vasitələrinin kalibrlənməsi və yoxlanması” şöbəsi kimi fəaliyyət göstərir. Laboratoriyanın faəliyyət istiqaməti respublikada mövcud olan ionlaşdırıcı şualanma ölçmə vasitələrinin (dozimetrlər, radiometrlər, rentgen diapazonunda işləyən dozimetrik cihazlar və s.) kalibrləməsindən və yoxlanmasından ibarətdir.

Ə.Bağırov əməkdaşımızla söhbətində daha sonra bildirmişdir ki, AEBA-nın və Dünya Sağlamlıq Təşkilatının (IAEA/WHO) tələblərinə görə, AEBA-nın üzvü olan ölkələrdə AEBA dəstəyi ilə yaradılmış bütün bu tip laboratoriyaların iş fəaliyyətlərinin daha geniş şəkildə əks etdirilməsi və dünya ölkələri arasında mövcud olan SSDL laboratoriyalarının qarşılıqlı əlaqələrinin yaradılması məqsədilə AEBA-nın IAEA/WHO SSDL Network Charter” üzvlük elektron şəbəkəsinə qoşulması günün tələbidir:

“AEBA tərəfindən dünən aldığımız məlumata görə, “Azərbaycan SSDL”i (Etalon Dozimetrik Laboratoriyası) artıq “IAEA/WHO SSDL Network Charter” elektron şəbəkəsinə rəsmi üzv qəbul edilmiş və bu barədə AEBA-nın Dozimetrik laboratoriyası tərəfindən dərc olunan illik “SSDL Newsletter” kataloqunun növbəti 69 saylı, aprel 2019-cu il tarixli (İSSN 1001 2669) sayında məlumat verilib. Bundan sonra dərc olunacaq kataloqun növbəti sayında Azərbaycan SSDL-nin iş fəaliyyəti haqqında geniş məlumat veriləcək”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO