İqtisadi 07.09.2019 21:50

Azərbaycan Avropa üçün tranzit hava qovşağıdır – RƏY - FOTO

Brüsseldə Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı (“Eurocontrol”) və Mülki Aviasiya Aeronaviqasiya Xidmətlərinin Təchizatçıları Təşkilatının (CANSO) üzvləri arasında görüş keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə Azərbaycanı “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyev təmsil edib.

İşgüzar səfər çərçivəsində Fərhan Quliyev, həmçinin “Eurocontrol”un baş direktoru İmon Brennan (Eamonn Brennan) ilə görüşüb. Görüş zamanı hava hərəkətinin təşkili və Azərbaycan ərazisindən keçən tranzit hava axınlarının planlaşdırılması sahəsində əsas məsələlər, həmçinin ölkəmizin “Eurocontrol”un strateji tərəfdaşı kimi rolu müzakirə olunub.

Həmçinin regionda gözlənilməz hallar baş verdiyi təqdirdə hava hərəkətinin və zəruri tədbirlərin planlaşdırılması məsələləri müzakirə edilib.

İmon Brennan Azərbaycanın mülki aviasiya sahəsində əldə edilmiş nailiyyətlərini yüksək qiymətləndirib və qeyd edib ki, strateji coğrafi mövqeyi və qabaqcıl hava naviqasiyası sistemi Azərbaycanı əməkdaşlıq üçün cəlbedici edir, Avropa ilə Asiya arasında tranzit reyslərin sayının artmasına səbəb olur. Həmçinin o qeyd edib ki, Azərbaycan Avropa ilə Asiya arasındakı hava axınlarının əsas dəhlizidir.

Danışıqlar nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən “ASEC” mərkəzinin hava hərəkətində gözlənilməz hallar baş verdiyi təqdirdə uçuşların planlaşdırılması və proqnozlaşdırılmasında qarşılıqlı əməkdaşlıq üçün istifadəsinə dair Saziş imzalanıb. Sənədi AZANS-ın direktoru Fərhan Quliyev və Avropa regionunun hava məkanının idarə edilməsi mərkəzinin direktoru Yakopo Prissionotti (Iacopo Prissinotti) imzalayıblar.

Beləliklə, Azərbaycan “Eurocontrol”un yüksək etimadını qazanmaq ilə yanaşı, tranzit uçuşların planlaşdırılmasında tərəfdaş və böhran zamanı Dəstək mərkəzi kimi tanınıb.

Xatırladaq ki, AZANS “Azərbaycan Hava Yolları”nın hava hərəkətinin idarəsi üzrə struktur bölməsi olub, başlıca vəzifələrinə Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsi, həmçinin ölkə ərazisi üzərində hərəkətin əlaqələndirilməsi və xidməti funksiyası daxildir.

“Eurocontrol” əsası 1960-cı ildə qoyulmuş Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı olub, əsas məqsədi ümumi Avropa hava nəqliyyatı idarəetmə sisteminin işlənib hazırlanmasıdır. Təşkilat vahid Avropa hava nəqliyyatının idarəetmə sistemini yaratmaq niyyətindədir. “Eurocontrol” 41 üzv dövlətdən ibarətdir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO