Türkiyənin paytaxtı Ankaranın rəmzi olan “Ataküle” teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Rakus.az xəbər verir ki, bu addım koronavirus pandemiyasının yayıldığı dövrdə Azərbaycan xalqı ilə həmrəyliyin təzahürüdür.
Rəng proyeksiyası ekranda “İki dövlət, bir millət, qardaş Azərbaycana sevgi ilə” yazısı ilə müşayiət olunub.
Xatırladaq ki, aprelin 12-də koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədi ilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.