İdman 07.09.2020 19:34

“Azərbaycan bizim can dostumuzdur“- Hakan Şükür - VİDEO

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Hakan Şükür “Neftçi” ilə oyun haqqında fikirlərini bildirib.

Rakus.az xəbər verir ki, məşhur futbol veteranı “YouTube”da açdığı canlı yayım zamanı “Qalatasaray”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə oyunundan danışıb:

“Azərbaycan bizim can dostumuzdur. Orada çox sevdiyimiz, dəyər verdiyimiz dostlarımız da var. “Neftçi” Azərbaycanın önəmli komandasıdır. Bəlkə də çox uğuru olmaya bilər, amma sürpriz edə biləcək, yaxşı heyətləri var. “Qalatasaray”a baxanda daha hazırlıqlıdırlar.

Azərbaycanda çoxlu “Qalatasaray” azarkeşi var. Təbii ki, bu oyunda “Qalatasaray” favoritdir”.

Lakin o, bu oyunun çox çətin keçəcəyini, bunu milli səviyyəsində Bakıya səfər etdiklərində gördüyünü bildirib:

“Azərbaycanla bir neçə dəfə milli səviyyəsində qarşılaşdıq. Favorit olsaq da, qardaşlığı bir kənara qoyub, onların necə mücadilə etdiklərini gördük. Həmin oyunlara şahid olmuş biri kimi bunu deyirəm. Onlara qarşı oynamaq, xüsusən də Bakıda çıxış etmək çox çətindir. Ona görə də “Qalatasaray”ın bu matça çox diqqət etməsi lazımdır.

Kimsə meydana “canım, dostum, səni çox sevirəm” deyib, çıxmayacaq. “Neftçi”nin oyunçuları da “Qalatasaray”la oynadığı üçün özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq. Sensasiya ola bilər. Matç sentyabrın 17-dədir. O günə kimi nələrsə “Qalatasaray”da dəyişə bilər, yeni legioner transferi həyata keçirilə bilər. Bundan sonra da ona əsasən dəyərləndirmə aparmaq olar”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO