Siyasi 28.08.2019 17:56

Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik etdi

Taylandın Banqkok şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 5 regional komissiyasından biri olan Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean İnformasiya Super Magistralı (ASİSM) layihəsi üzrə İdarəetmə Komitəsinin 3-cü sessiyası keçirilir.

Rakus.az xəbər verir ki, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  verilən məlumata görə, tədbir çərçivəsində həmçinin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin regional dövrü müzakirəsi aparılır. Komissiya iqtisadi və sosial məsələləri müzakirə etmək və nəzərdən keçirmək, o cümlədən regional əməkdaşlığı gücləndirmək məqsədilə region dövlətləri üçün bir platforma rolunu oynayır.

Tədbir çərçivəsində idarəetmə komitəsinin iclasına seçkilər keçirilib. İdarəetmə komitəsi iclasına sədr və UNESCAP-ın 4 subregionundan müavinlər seçilib. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Emil Əhmədov Şimali və Mərkəzi Asiya subregionundan (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) komitə iclasına sədr müavini seçilib və “Asiya-Sakit okean İnformasiya Super Magistralı və infrastruktur bağlantıları” adlı sessiyaya sədrlik edib.

Azərbaycan ESCAP-ın əksər üzv ölkələri ilə yüksək səviyyəli siyasi münasibətlərə malikdir. Qeyd edək ki, Azərbaycan 31 iyul 1992-ci il tarixindən UNESCAP-ın üzvüdür. Qurum xüsusən nəqliyyat, İKT və enerji sahələrində maraqlarımızın təmin edilməsi baxımından çox önəmli bir platformadır.

Sözügedən tədbir zamanı dayanıqlı inkişaf erasında Asiya-Sakit okean İnformasiya Super Magistralı (ASİSM) layihəsinin reallaşmasına regionda həyata keçirilən, o cümlədən ölkəmizin təşəbbüskarı olduğu layihələrin (Trans-Avrasiya Super İnformasiya Magistralı – TASİM) verə biləcəyi töhfəyə dair müzakirələr aparılır.

Sessiyada həmçinin ASİSM layihəsi üzrə indiyədək irəli sürülmüş bir sıra təşəbbüslərin tətbiqinin vəziyyəti nəzərdən keçirilib. Eləcə də layihənin Baş Plan və Regional Əməkdaşlıq Çərçivəsində sənədlərin növbəti (2019-2022 illər) üçün yenilənməsi nəzərdə tutulur.

İdarəetmə Komitəsinin 3-cü sessiyası çərçivəsində keçirilən ölkələrin təqdimatı adlı sessiyada Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin icrası, eləcə də ölkənin İKT sahələrində həyata keçirdiyi və təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli layihələr ilə əlaqədar görülən işlər və əldə olunan nailiyyətlər, həmçinin İKT sektorunun inkişafının müxtəlif aspektlərini, habelə müvafiq tənzimləyici məsələləri əhatə edən Azərbaycanın informasiya və telekommunikasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO