İqtisadi 30.03.2021 14:47

Azərbaycan Dəmir Yollarında Müşahidə Şurası yaradılıb

Rakus.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

– Cəmiyyətin yenidən təşkili və ləğvi;

– Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

– Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

– Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

– Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

– Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

– Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

Müəyyən edilir ki, Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

– Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

– Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

– Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

– Aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

– Mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

– Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

– Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

– Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

– Bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.”.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan İnvestisiya Holdinqi:

– “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

– Beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

– Bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 09.12.2025 23:15
Basarkeçər, Basarkeçər daşt, Baraxlı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”
Sosial / 09.12.2025 14:56
Bazar/basar tayfasının keçib getdiyi yer – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 13:22
“SSRİ-nin siyasəti Azərbaycanı erməniləşdirmək idi” – ANONS - FOTO - VİDEO
Müsahibə / 08.12.2025 23:56
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - VİDEO
Siyasi / 08.12.2025 17:53
Heydər Əliyevin zəngin irsi bu gün də yaşayır - FOTO
Mətbuat / 08.12.2025 10:59
“Global Media Group” 8 yaşımı qeyd edir
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO