İqtisadi 06.05.2019 02:17

Azərbaycan donor siyahısına qoşuldu - FOTO

Mayın 5-də Fici adalarında Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 52-ci İllik Toplantısı  işini başa çatdırıb.

Rakus.az xəbər verir ki, toplantıda Azərbaycan nümayəndə həyəti də iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə həyətinin rəhbəri maliyyə naziri Samir Şərifov bir sıra işgüzar görüşlər keçirib. Nazir AİB-nin prezidenti Takehiko Nakao, Bankın region üzrə vitse-prezidenti Shishin Chen, Mərkəzi və Qərbi Asiya Departamentinin rəhbəri Verner Lipax və Azərbaycanı bankın idarə heyətində təmsil edən Avstraliyalı icraçı direktor Toni Makdonald ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar proqramı və əldə edilmiş nailiyyətlər, ölkənin bank-maliyyə sisteminin möhkəmləndirilməsi, o cümlədən problemli kreditlərin həlli ilə bağlı qəbul edilən son qərarlar və sosial iqtisadi inkişaf göstəriciləri barədə məlumat verib. Eyni zamanda, ölkə rəhbərliyinin tapşırığına əsasən Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcəyini bəyan edib.

AİB prezidenti və digər rəsmilər Azərbaycanda aparılan islahatları təqdir edərək ölkənin sosial-iqtisadi göstəricilərinin qısa müddət ərzində yaxşılaşdırılmasını yüksək qiymətləndiriblər. Öz növbəsində, T.Nakao Prezident İlham Əliyevin salamlarına və Azərbaycanın bankın donorları siyahısına qoşulmasına görə minnətdarlığını çatdırmağı xahiş edib.

Görüşlərdə bankın ölkəmizdə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, 1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 12.12.2025 22:51
“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” - FOTO - VİDEO
Gündəm / 12.12.2025 17:38
Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilir – YENİLƏNİB - FOTO - VİDEO
Siyasi, Sosial / 12.12.2025 13:22
“Ata yurdunu görmək üçün Allahdan möhlət istəyirəm” – Sabir Mirzəyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm / 12.12.2025 10:44
İlham Əliyev və Mehriban Əliyeva ulu öndərin məzarını ziyarət ediblər - VİDEO
Gündəm / 12.12.2025 00:06
Ulu öndər Heydər Əliyevin vəfatından 22 il ötür
Siyasi, Təhlil / 11.12.2025 22:34
“Paşinyan azərbaycanlıların qayıdışına görə kilsəni sıradan çıxarır” - FOTO - VİDEO
Siyasi / 11.12.2025 14:22
İrəvana təqdim olunan tələb – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 10.12.2025 23:22
“Qafqaz Rusiyanın xarici siyasətində həmişə əsas hədəf olub” - VİDEO
Elm və təhsil / 10.12.2025 14:19
Tarixi sənədlər və Rusiyanın Qafqaz niyyətləri – ANONS - VİDEO
Siyasi, Sosial / 09.12.2025 23:15
Basarkeçər, Basarkeçər daşt, Baraxlı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”
Sosial / 09.12.2025 14:56
Bazar/basar tayfasının keçib getdiyi yer – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 13:22
“SSRİ-nin siyasəti Azərbaycanı erməniləşdirmək idi” – ANONS - FOTO - VİDEO
Müsahibə / 08.12.2025 23:56
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - VİDEO
Siyasi / 08.12.2025 17:53
Heydər Əliyevin zəngin irsi bu gün də yaşayır - FOTO
Mətbuat / 08.12.2025 10:59
“Global Media Group” 8 yaşımı qeyd edir
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO