Siyasi 13.10.2019 11:50

Azərbaycan icması RDD-nın spikeri və XİN rəhbərinə müraciət etdi

Rusiyadakı Azərbaycan İcması Dövlət Dumasının deputatı, ermənipərəst Konstantin Zatulinin işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi və orada Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi ilə bağlı  Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə və Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb.

Rakus.az xəbər verir ki, Moskva vilayət regional Federal Milli Mədəni Muxtariyyətinin Şurası tərəfindən göndərilən müraciətdə bildirilib ki, 2019-cu il 11 oktyabr tarixində Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədr müavini, Dumanın I, IV, V, VII çağırış deputatı, Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında elmi şuranın üzvü, MDB ölkələri İnstitunun rəhbəri, Xaricdə yaşayan həmvətənlərlə iş üzrə Dövlət Komissiyasının üzvü Konstantin Zatulin işğal altında olan Xankəndi şəhərində “Ədalət və sülh naminə əməkdaşlıq” adlı ‘Artsaxın dostları Beynəlxalq Forumu”nda çıxış edib.

Rusiyadakı Azərbaycan İcması Dövlət Dumasının deputatının etik normalara əməl etməməsi səbəbindən çıxış etmək hüququndan məhrum edilməsini istəyib: “Konstantin Zatulin kimin dəvəti ilə bu Foruma gedib? Nə BMT, nə Rusiya, hətta Ermənistan tərəfindən belə tanınmayan “Artsax” adlandırılan qondarma “respublika”nın rəhbərliyinin? Zatulin orada kimi təmsil edib, hansı təşkilat adından çıxış edib? Dövlət Dumasının komitə sədrinin birinci müavini, yoxsa MDB ölkələri İnstitunun direktoru kimi?  Zatulinin oradakı bəyanatlarının hamısı Rusiya dövlətinin, Dövlət Dumasının rəsmi mövqeyidirmi? Siz onun bəyanatlarının Dövlət Dumasının MDB üzrə iş Komitəsində tutduğu vəzifə ilə uyğunluğunu necə qiymətləndirirsiz?  Zatulinin dediyi “Əminəm ki, Rusiya Federasiyası dövlət kimi Qarabağ münaqişəsinin ədalətsiz həllinə imkan verməyəcək. Rus xalqı ilk növbədə vicdan və ədaləti qiymətləndirir. Onlar isə sizin tərəfinizdədir” sözlərini necə başa düşmək olar? Qarabağ münaqişəsinin ədalətsiz həlli nə deməkdir? Bir çox millətdən olan rusiyalıların fikrini ifadə edərək tələb edirik ki, Dövlət Dumasının deputatı Konstantin Zatulin etik normalara riayət etmədiyi üçün Rusiyadan kənarda sadəcə deputat kimi deyil, həm də Dumanın Komitə sədrinin birinci müavini kimi çıxış etmək hüququndan məhrum edilsin. Eyni zamanda MDB ölkələri İnstitunun təsisçiləri (Rusiya XİN, Moskva Dövlət Universiteti və Moskva Dövlət Beynəlxalq Əlaqələri Universiteti -MQİMO) qarşısında Konstantin Zatulinin əsas  vəzifələrini yerinə yetirməməsi səbəbindən direktor vəzifəsinə uyğun gəlmədiyi haqqında məsələ qaldırılsın. O cümlədən Rusiya Federasiyası Təhlükəsizlik Şurası qarşısında Konstantin Zatulinin elmi Şuranın üzvlüyündən xarici edilməsi barədə məsələ qaldırılsın”.

Qeyd edək ki, ermənipərəst Konstantin Zatulin oktyabrın 11-də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər edib. Separatçı rejimin keçirdiyi “Artsaxın dostları Ədalət və sülh naminə əməkdaşlıq” adlı “beynəlxalq forum”da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. (apa.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası”
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir