İqtisadi 06.06.2019 00:01

Avropanın nəqliyyat sərgisində -ilk dəfə - FOTO

Azərbaycan ilk dəfə Avropanın ən böyük nəqliyyat sərgisində təmsil olunur.

Rakus.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Almaniyanın Münxen şəhərində “Nəqliyyat və logistika” sərgisi keçirilir. Bu sərgi Avropada miqyasına görə ən böyük hesab olunur, dünyada isə ilk beşliyə daxildir. Bir ildən bir keçirilən bu tədbirdə nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiya üzrə dünyanın aparıcı şirkətləri təmsil olunur.

Münxen Messe mərkəzində keçirilən sərgidə ilk dəfə olaraq Azərbaycanın milli stendi quraşdırılıb. “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birgə təşkil etdiyi Azərbaycanın milli stendində hər üç qurumun nümayəndələri sərgi iştirakçılarına ölkəmizin tranzit imkanları, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələrinin imkanları və üstünlükləri barədə ətraflı məlumat verirlər. Həmçinin əməkdaşlığa dair görüşlər keçirilir, danışıqlar aparılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti innovativ məhsulları, xidmətləri və imkanları təqdim edir.

Xatırladaq ki, ekspozisiya Münxen Messe sərgi mərkəzinin 10-dan çox pavilyon və açıq meydançalarında yerləşdirilib. 115 min kvadratmetr sahəsi olan, 62 ölkədən 2500-ə yaxın iştirakçının, eləcə də 123 ölkədən 60 mindən çox ziyarətçinin qatıldığı “Nəqliyyat və logistika” sərgisi nəqliyyat və logistika sektorunun bütün prosesləri ilə tanış olmağa imkan verir. Burada Almaniyadan və dünyanın hər yerindən qatılan iştirakçılara, eyni zamanda, əhatəli konfrans proqramı təklif edilir, həmçinin məlumat mübadiləsi üçün platformalar yaradılır.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO