Hərbi 15.08.2019 10:27

Azərbaycan komandası qalib oldu – Dəniz kuboku-2019 - FOTO

Bu gun “Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının başa çatması ilə əlaqədar mətbuat konfransı təşkil olunub.

Rakus.az xəbər verir ki, mətbuat konfransında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlər iştirak ediblər.

Mətbuat konfransında müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsi üçün yaradılan şərait, texniki dəstək qruplarının fəaliyyəti, hakimlər kollegiyasının işi və müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə iştirakçı ölkələrin komandalarının göstəriciləri barədə ətraflı məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov bildirib ki, Bakıda keçirilən “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsi də yüksək səviyyədə keçirilib: “Beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Üç mərhələdə təşkil olunan yarışda Rusiya, Azərbaycan, Qazaxıstan və İran nümayəndə heyətləri iştirak ediblər. “Dəniz kuboku-2019” yarışı zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyənləşdiriblər. Bu yarışlar gərgin keçsə də, sonda dostluq qalib gəldi. Bu yarışlarda Azərbaycan komandası 212 balla birinci, Rusiya 186 balla ikinci, Qazaxıstan 142 balla üçüncü, İran 136 balla dördüncü yenri tutub”.

Rusiya Hərbi Dəniz Donanmasının komandasının “Dəniz kuboku–2019” yarışlarına tam hazır olduğunu deyən bu ölkənin nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov yarışların keçirilməsi üçün yaradılan mükəmməl şəraitə görə təşəkkürünü bildirib. O, bu yarışın Rusiya komandası üçün əhəmiyyətli olduğunu vurğulayıb: “Çox gərgin və maraqlı yarış keçdi. Azərbaycan dənizçiləri yüksək peşqəkarlıq nümayiş etdirdilər. Azərbaycanı komandasıenı qələbə münasibəti ilə təbrik edirəm. Oyunlar ən yüksək səviyyədə təşkil olunub. Dəniz kuboku hər zaman qarşılıqlı anlaşma və dostluq ruhu ilə fərqlənib. Bu, əsl dostluq yarışıdır. Rusiya bu oyuna həmişə böyük önəm verir”.

İştirakçılara uğurlar arzulayan Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov Bakıda keçirilən “Dəniz kuboku-2019” yarışına hazırlığın yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycan belə mühüm yarışı üçüncü dəfədir yüksək səviyyədə təşkil edib.  Azərbaycan tərəfinə bunun üçün təşəkür edirəm. Bu yarışlarda iştirakçılar peşəkarlıqlarını ortaya qoyublar. 10 gün ərzində dənizç lər öz peşəkarlıqlarını ortaya qoydular. Gərgin keçən mübarizə şəraitində Azərbaycan komandası qalib gəldi. Mən bu qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm”.

İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Hüseyn Həsəni yarışın əhəmiyyətini qeyd edərək vurğulayıb ki, hazırlıq çox gözəl təşkil olunub: “Bu yarışda yenidən iştirak etməkdən məmnunuq. Bu, dostluq yarışıdır. İlk öncə Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edirəm. Biz burada olmaqdan çox şadıq. Bu yarışlar bizə təcrübə mübadidəsi araramğa imkan yaradır. Xəzəryanı dövlətlər arasında bu cür tədbirlər çox faydalıdır. Eyni zamanda bu tədbirlər Xəzəryanı dövlətlərdə ümumi mədəni təcrübəyə töhfə verir. Yarış Xəzəryanı dövlətlər arasında tərəfdaşlıq və dostluğun inkişafına təkan verir”.

Sonra mətbuat nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Xatırladaq ki, Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edirlər. Belə ki, hərbi qulluqçularımız ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda “Hərbi-tibbi estafet” müsabiqələrində mübarizə aparırlar.

Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı qüvvələrinin nümayəndələri “Dəniz kuboku-2019” müsabiqəsində müşahidəçi qismində iştirak ediblər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO