Sosial 10.12.2019 12:27

“Azərbaycan Könüllülük Həftəsi” başa çatdı

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” başa çatıb.

Rakus.az xəbər verir ki, “Şəhidimiz” kampaniyası çərçivəsində 1-2 dekabrda 17 şəhər və rayonda 2 mindən artıq gəncin iştirakı ilə 147 şəhid ailələsi ziyarət edilib. Könüllülər onlarla xoş vaxt keçirərək həmrəyliklərini nümayiş ediblər.

“Şəhidimiz” kampaniyası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə baş tutub. “VətənimİZ” aksiyası çərçivəsində 13 şəhər və rayonda 1300-dən artıq gəncin iştirakı ilə Heydər Əliyev Muzeylərinə ekskursiyalar keçirilib və Ulu Öndərin abidələri gənclər tərəfindən ziyarət olunub.

Beynəlxalq Əlillər Gününə həsr olunmuş “ Könüllülük Sərhəd Tanımır!” şüarı altında keçən aksiya ölkə üzrə 7 rayon və şəhərlərdə fəaliyyət göstərən 19 sosial müəssisəni ziyarət ediblər. Aksiyalar çərçivəsində 2024 uşaq və yeniyetmə əhatə olunub. Həmçinin aksiya çərçivəsində 500-dən çox uşağa arzularını əks etdirən məktublar yazdırılıb və www.asanmektub.az saytına yerləşdirilib.

Daha sonra 3500-dən çox gəncin iştirakı ilə ölkədə TəbiətimİZ ekoloji aksiyası keçirilib. Bu kampaniyaya Gənclər Fondu və Dövlət Agentliyi ilə birgə İDEA İctimai Birliyi də əsas tərəfdaş olaraq qoşulub. “TəbiətimİZ” aksiyası çərçivəsində 3500 nəfərdən çox könüllünün iştirakı ilə 9 şəhər və rayonda təmizlik, ağacəkmə aksiyaları həyata keçirilib və heyvansevər gənc könüllülərin IDEA Heyvanlara Qayğı mərkəzinə ziyarəti baş tutub.

5 dekabrda isə 3000-ə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib. Forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub. Forumda Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış ediblər. Həmçinin, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai BMT Baş katibinin Beynəlxalq Könüllülər Günü münasibətilə müraciətini oxuyub.

Forumda könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışlar ediblər. Tədbirdə müxtəlif təşkilatlar və könüllülük hərəkatları üzrə fərqlənən könüllülər təltif ediliblər.

Tədbir çərçivəsində 26 stenddən ibarət könüllü və gənclər təşkilatlarının sərgisi də təşkil olunub. Günün sonunda “Elektra Events Hall”-da 2000-ə yaxın gənc könüllünün iştirakı ilə populyar estrada müğənnisi Murad Arifin “Tufan“ adlı solo konserti keçirilib.

Dekabrın 6-da həftənin ən fəal 300 könüllüsünün iştirakı ilə Qusarda 4 günlük qış düşərgəsinə start verilib. Dekabrın 9-dək davam etmiş düşərgə çərçivəsində könüllülər üçün təlim və seminarlar, müxtəlif qurumların rəhbərləri ilə qeyri-formal görüşlər, müxtəlif əyləncəli və intellektual oyunlar təşkil olunub. Ümümilikdə ölkə üzrə “Azərbaycan Könüllülük Həftəsi”də 15 000-dən çox könülllü gənc iştirak edib.  (report.az)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO