Müsahibə 26.06.2023 20:24

Azərbaycan Milli Şurasının qərarına qarşı çıxan 3 ziyalı - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov olub.

O, ermənilərin XIX əsrin əvvəlində çar Rusiyasının himayəsi altında Azərbaycan ərazisinə köçürülməsindən, XX əsrin əvvəlində onlar üçün burada dövlət yaradılmasından söhbət açıb. Bildirib ki, ermənilərin bu coğrafiyaya köçürülməsi, Ermənistan adlı dövlətin yaradılması təbəəsi olduqları dövlətlərə xəyanət edən, beləliklə də çar Rusiyasına xidmət edən ermənilərə imperiyanın “mükafatı” idi: “Rusiya imperiyası tarixi Azərbaycan torpaqlarında erməni vilayəti yaratmaqla, ermənilər üçün yurd yeri yaratmış olub. Gülüstan və Türkmənçay müqavilələrindən sonra Türkiyə, İran ərazisindən köçürülən, həmçinin Osmanlı imperiyasında qiyam qaldıran, dövlətə arxadan zərbə vuran ermənilərin bu ərazilərə gətirilməsi səsbəbilə regionda erməni əhalinin sayı çoxaldılıb. XX əsrin əvvəlində anarxiyadan istifadə edən ermənilər köçürüldükləri ərazilərdə, o cümlədən İrəvan quberniyasında müsəlman türklərə qarşı kütləvi qırğınlar, soyqırımlar, deportasiyalar törədiblər. Nəticədə bu torpaqlarda tədricən azərbaycanlı əhalini say baxımdan üstələməyə nail olublar”.

1918-ci ildə İrəvanın ermənilərə verilməsindən danışan tarixçi-alim deyib ki, İrəvanın ermənilərə güzəştə gedilməsi siyasi və hüquqi baxımdan yanlış qərar olub. Onun fikrincə, tarixi şəhərimiz ermənilərə güzəştə gedilərkən burada yaşayan əhalinin rəyi nəzərə alınmayıb: “İrəvanın güzəştə gedilməsi üçün ermənilər üzərlərinə müəyyən öhdəliklər götürüblər. Amma İrəvan güzəştə gedilib Ermənistan dövləti üçün paytaxt müəyyənləşəndən sonra ermənilər üzərlərinə görtürdükləri öhdəliklərin heç birini yerinə yetirməyiblər. Digər tərəfdən, belə bir siyasi qərar qəbul edilərkən İrəvan şəhər əhalisinin də rəyi nəzərə alınmayıb”.

Alim qeyd edib ki, Azrbaycan Milli Şurasının üzvü olan Mir Hidayət Seyidov, Bağır bəy Rzayev və Nəriman bəy Nərimanbəyli, həmçinin Azərbaycan-türk ictimai fikrinin görkəmli ziyalılarından olan Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu o dövrdə bu qərara qarşı çıxıb, etiraz ediblər. Lakin onların etirazları nəzərə alınmayıb. V.Qafarov Milli Şura üzvü Mir Hidayət Seyidov, Bağır bəy Rzayev və Nəriman bəy Nərimanbəylinin sonrakı acı taleyi, o dövrdə regionda cərəyan edən tarixi proseslər barədə də geniş məlumat verib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 26-da saat 19:30-da Baku Tv-nin efirində və saat 20:30-da Youtube kanalında yayımlanacaq.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO