Azərbaycan millisi növbəti oyununa çıxır
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Rakus.az xəbər verir ki, yığmamız Millətlər Liqasında III turun matçına çıxacaq.
Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Monteneqro ilə görüşəcək. Qarşılaşma Podqoritsadakı Şəhər stadionunda təşkil olunacaq.
İlk matçında evdə Lüksemburqa uduzan (1:2) yığmamız, ikinci oyunda Kiprdə qələbə (1:0) qazanmışdı. Bu, millimizin ardıcıl ikinci səfər qarşılaşmasıdır.
De Byazinin yetirmələri I dövrənin son matçına itki ilə yollanıb. Cəzalı Mahir Emreli komandaya kömək edə bilməyəcək. Düzdür, rəqib də cəzalı durumda olan Stefan Saviçin xidmətindən məhrumdur.
Monteneqro – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Millətlər Liqası
C liqası, III tur
1-ci qrup
17:00. Monteneqro – Azərbaycan
Baş hakim: Rikardo de Burqos Benqoeçea (İspaniya)
Podqoritsa. Şəhər stadionu