İqtisadi 20.05.2019 03:34

Azərbaycan “OPEC plus”un 14-cü iclasına qatıldı - FOTO

Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil edilib.

Rakus.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında cari ilin aprel ayı üzrə neft hasilatı ilə bağlı Müştərək Texniki Komissiyanın hesabatı təqdim olunub. Dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyaları müzakirə edilib. “OPEC plus” formatı çərçivəsində öhdəliklərin icra səviyyəsi təhlil olunub.

İclasda çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. Ötən ilin dekabrında qəbul edilən qərarın yüksək səviyyədə icrası neft bazarına, xüsusilə neftin qiymətinə müsbət təsir göstərib: “Bütün bu müsbət məqamlar “Əməkdaşlıq Bəyannaməsi”ni imzalamış OPEC və qeyri-OPEC ölkələrinin birgə uğurudur. Məhz bu əməkdaşlıq, ümumi məqsəd naminə birgə fəaliyyət sayəsində dünya iqtisadiyyatının inkişaf tempinin zəifləməsi, qlobal neft bazarında ticarət məhdudiyyətləri, geosiyasi qeyri-sabitlik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində kommersiya neft ehtiyatlarının artması kimi risklərin olduğu bir vaxtda neft bazarı böhranla üzləşməyib”.

Qeyd edək ki, “OPEC plus” ölkələri tərəfindən öhdəliklər apreldə 168 faiz yerinə yetirilib. Yanvardan mayadək öhdəliklərin orta icra səviyyəsi isə 120 faiz olub. Bu göstəricilər 2018-ci ilin dördüncü rübü ilə müqayisədə qlobal iqtisadi inkişafa müsbət təsir edən amillər kimi dəyərləndirilib.

Nazirlərinin Birgə Monitorinq Komitəsi neft bazarı və makroiqtisadi inkişafın cari vəziyyətini təhlil edərək ticarət danışıqları, geosiyasi problemlər kimi ciddi qeyri-müəyyənliklərin mövcudluğunu qeyd edib. “OPEC plus” Nazirlərinin iyun görüşünədək neft bazarının, xüsusilə də neft ehtiyatlarının monitorinqi və təhlilinin davam etdirilməsi məsləhət görülüb.

Nazirlərin Birgə Monitorinq Komitəsinin 15-ci iclasının isə iyunda Vyanada keçirilməsinə qərar verilib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO