Gündəm 23.09.2020 15:00

“Azərbaycan Ordusu qadın, uşaq və yaşlılara qarşı müharibə aparmır” – PA rəsmisi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”un suallarını cavablandırıb.

Rakus.az  müsahibəni təqdim edir.

– Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycan ordusunun Ermənistan Baş nazirinin həyat yoldaşını əsir götürmək üçün səbirsizliklə gözlədiyini deyib. Bu barədə nə deyərdiniz?

– Azərbaycan ordusu heç vaxt qadınlarla və ümumiyyətlə, mülki şəxslərlə döyüş aparmayıb. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını daim öz fəaliyyətində rəhbər tutub. Qadın, uşaq və yaşlı insanlara qarşı müharibə aparan və onları hədəfə alan məhz Ermənistan silahlı qüvvələridir. 2016-cı ilin aprel döyüşlərində, bu il 12 iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşma zamanı biz bir daha bunun şahidi olduq. Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinin hədəfli şəkildə artilleriya atəşinə tutulması nəticəsində 76 yaşlı vətəndaşımız Əziz Əzizov həlak oldu.

Qüdrət Həsənquliyev təcrübəli siyasətçidir. Uzun illərdir Milli Məclisin üzvüdür. Hər kəs orduya və dövlətə ləkə yaxa biləcək təxribatçı açıqlamalardan çəkinməlidir.

Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi.

Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək.

– Sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılması barədə bəzi spekulativ fikirlər səslənir. Hətta bunu səfərbərlik kimi qələmə verənlər də vardır. Bunu necə şərh edərdiniz?

– Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılması qanunda nəzərdə tutulmuş və müntəzəm əsasda həyata keçirilən tədbirdir. Bunun səfərbərlik adlandırılması tamamilə yanlışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətlə tam şəkildə komplektləşdirilib. Xüsusi səfərbərlik tədbirlərinə ehtiyac belə yoxdur. Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hazırlıq və bacarıqlarının yoxlanılması, onların hazırlıq səviyyəsinin daim artırılması dünyanın əksər ölkələrində də geniş tətbiq olunan praktikadır. Müqayisə üçün qeyd edək ki, İsveçrə, İsrail, Skandinaviya ölkələrində bu sahədə çox tələbkar sistem mövcuddur.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə hərbi toplanış tədbirləri həyata keçirilir ki, buna başqa bir don geyindirmək və ya cəmiyyətdə təşviş yaratmaq tamamilə əsassızdır. Ermənistan xüsusi xidmət orqanlarının kiber diversant qruplarının azərbaycanlı adını daşıyan saxta sosial media ünvanları vasitəsilə bu kimi təxribatçı mövzuları yayması da istisna edilməməlidir.

Ordu və Əsgər müqəddəs mövzudur. Bu mövzuda yazan, sosial mediada paylaşım edən hər bir şəxs öz vətəndaşlıq borcunu və məsuliyyətini dərk etməlidir.

– Bu günlərdə xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə məlumatlar verilmişdir. Bu barədə nə deyərdiniz?

Birmənalı şəkildə qeyd etmək istərdim ki, bu yalan və saxta məlumatdır. Bu məlumatın arxasında Ermənistanın xüsusi xidmət orqanları durur. Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətlə tam komplektləşdirilmişdir. Ordumuzun yüksək döyüş hazırlığı var və Ermənistanın hər bir təxribatının qarşısını almağa qadirdir. Muzdlulara və terrorçulara ehtiyac olan məhz Ermənistan ordusudur. 90-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında Ermənistan Livan, Fransa, ABŞ vətəndaşı olan erməni terrorçularından muzdlu kimi istifadə etmişdir. Xocalı soyqırımının törədilməsində iştirak etmiş və muzdlu terrorçulardan ibarət Arabo və Aramo terrorçu dəstələrinin Ermənistan silahlı qüvvələrinin tərkibində xidmət etməsi faktdır. İndi də Ermənistan Livan və Suriyadan gətirilən erməni mənşəli şəxsləri muzdlu kimi Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil edir. Ermənistan tərəfi Yaxın Şərqdə digər istiqamət üzrə terrorçuların Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi kanalları üzərində iş aparır.

Ona görə də bu xəbərlər növbəti saxta məlumatlardan başqa bir şey deyil.

– Sosial şəbəkələrdə yayılan saxta məlumatlara və bu kimi manipulativ fəaliyyətlərə qarşı mübarizəni necə görürsünüz?

– Ümumiyyətlə, ölkəmizin sosial şəbəkə seqmentində bəzi davranış və ifadə tərzi, qeyri-peşəkar və məsuliyyətsiz şərhlər, saxta və yalan məlumatların yayılması tezliyi və intensivliyi, ordunun fəaliyyəti haqqında paylaşımlar ciddi narahatlıq doğurur. Birmənalı şəkildə başa düşülməlidir ki, hər hansı fərdin sosial şəbəkələrdə paylaşdığı məlumat və ya xəbər yoxlanılmamış, yanlış, qərəzli və təhrikçi ola bilər. Bəzən iş o həddə çatır ki, peşəkar media araşdırmadan sosial şəbəkədə yayılmış xəbərə istinad edir.

Qeyd olunanlar sosial şəbəkələrin müsbət tərəflərini inkar etmir. Bu problem bütün dünyada mövcuddur. İlk növbədə ölkə ictimaiyyətində, xüsusilə gənclər arasında sosial şəbəkə maarifləndirilməsinin artırılmasına ehtiyac var. Bu da onlarda sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün intellektual immuniteti artıra bilər.

Sosial şəbəkələri təsis edən böyük şirkətlər də öz məsuliyyətlərini başa düşməli və yalnız müəyyən etdikləri süni intellektin imkanları daxilində bu problemə baxmamalı, sosial şəbəkələrdə cərəyan edən neqativ tendensiyalara qarşı effektiv tənzimləyici mexanizmlər təqdim etməlidirlər.

XƏBƏR LENTİ
İdman / 05.10.2025 09:22
“Yurd.Media”-“Zəfər 44”ə, “Vətən” isə “Veteranlar”a qarşı
İdman / 05.10.2025 02:25
“APA” və “Baku TV” qələbə qazanıb - FOTO - VİDEO
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri”
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO