İqtisadi 28.09.2019 17:06

Azərbaycan Parisdə “Çay şəhərciyi”ndə təmsil olunur

Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan” stendi ilə Parisdə Sen-Sülpis (Saint Sulpice) meydanında təşkil edilmiş “Çay şəhərciyi”ndə ölkəmizi təmsil edir.

Rakus.az xəbər verir ki, “Aqrar Tədarük və Təchizat” ASC-in “Şəhərdən kəndə” adı altında qablaşdırılmış, ətirli Zaqatala və Astara çayları, müxtəlif növ mürəbbələr, meyvə quruları, ədviyyatlar, eləcə də şəkərbura, paxlava və qoğal nümayiş olunur. Stendimizin ziyarətçilərinin samovar çayımızı, eləcə də milli şirniyyatlarımızı, mürəbbələrimizi dadmaq imkanı olub. Təbii yolla qurudulmuş xurma və alma ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Zəfəran mürəbbəsini dadanlar təəccüblərini gizlədə bilməyib, heyranlıqlarını bildiriblər.

Ziyarətçilərə ölkəmizdə becərilən və istehsal olunan, xüsusilə də Zaqatala və Astara çay növləri, onların tərkibinin zənginliyi, milli çay mədəniyyətimiz və çay süfrəsi, çayın, meyvə qurularının məziyyətləri, faydası haqqında ətraflı məlumat verilib.

Stendimizdə “Aqrar Tədarük və Təchizat” ASC, onun məhsulları haqqında olan broşürlər, eləcə də Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, sənətkarlığı haqqında fransız dilində olan nəşrləri nümayiş olunub və ziyarətçilərə hədiyyə edilib.

Sentyabrın 29-dək davam edəcək “Çay şəhərciyin”də müxtəlif ölkələrin çayını dadmaq üçün xüsusi məkan yaradılıb və ziyarətçilərə çay bitkisi, onun mənşəyi, tarixi, dəmlənməsi üsulları haqqında məlumat verilir.

Xatırladaq ki, bu gün dünyada 35 ölkə çay istehsal edir. Çin (1.7 milyon ton), Hindistan (1 milyon ton), Kenya (369 min ton), Şri-Lanka (300 min ton), Türkiyə (225 min ton), Vyetnam (217 min ton) və Yaponiya (84800 ton yaşıl çay) çay istehsalına görə ön sıradadırlar.

Fransada ildə 20 min ton çay istehlak olunur və çayın illik dövriyyəsi 251.2 milyon avrodur.

Qeyd edək ki, bu gün dünyada hər saniyədə 10 min fincan çay içilir.

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO