Mətbuat 16.10.2019 12:56

“Azərbaycan” qəzetinin 30 illiyi keçirildi

Oktyabrın 16-da “Park Inn” oteldə “Azərbaycan” qəzetinin yaranmasının 30 illiyi münasibəti ilə tədbir keçirilib.

Rakus.az xəbər verir ki, Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək “Azərbaycan” qəzetinin yaranmasından bəhs edib. Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycan mətbuatının yaranmasının 145 yaşı tamam olacaq: “Bu o qədər uzun tarix olmasa da, Azərbaycan mətbuatı çox böyük inkişaf yolu keçib. Mən Azərbaycan mətbuatını dörd mərhələyə bölərdim. Birinci mərhələ” Əkinçi” qəzeti mərhələsidir ki, bu dövrdə Həsən bəy Zərdabi milli mətbuatın yolunu müəyyənləşdirib. İkinci mərhələ “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının çıxdığı mərhələdir. Üçüncü mərhələ 1918-ci ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə çıxan “Azərbaycan” qəzeti dövrü idi. Qəzet əvvəl Gəncədə fəaliyyətə başladı, daha sonra Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtı Bakıya köçəndən sonra qəzetin redaksiyası da Bakıya köçdü. Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğrayanda qəzet də bağlandı. Daha sonra “Azərbaycan” qəzeti Cənubi Azərbaycanda çıxdı. Dördüncü mərhələ isə “Azərbaycan” qəzetinin özünü bərpa elədiyi dövrdür”.

S. Rüstəmxanlı “Azərbaycan” qəzetinin 1989-cu ildə bərpa olunması tarixindən də bəhs edib: “Biz o dövrdə İsmayıl Şıxlı, Bəxtiyar Vababzadə, Şirməmməd Hüseynov və başqalarının dəstəyi ilə Qarabağ Xalq Yardımı Komitəsini yaratdıq. Mən də Komitənin tərkibində çıxan “Azərbaycan” qəzetinin baş redaktoru oldum. Qəzetin ilk nömrəsi oktyabrın 5-dən 6-a keçən gecə çıxdı və bütün ölkədə böyük marağa səbəb oldu. Əvvəllər qəzetin tirajı 100 min idisə, sonralar 500 min tiraja çatdı”.

“Qəzetin birinci redaktoru Üzeyir Hacıbəyli yazırdı ki, biz firqə qəzeti buraxmırıq, istiqlal qəzeti buraxırıq. Bizim qəzet də Qarabağ Xalq Yardımı Komitəsinin tərkibində çıxsa da milli fikrin və demokratik düşüncəsinin inkişafına öz töhfəsini verirdi. Təsadüfi deyil ki, qəzetin 7 üzvü sonralar müstəqillik aktına imza atanların da içərisində yer aldılar”, – deyə Xalq şairi bildirib.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək “Azərbaycan” qəzetinin bir məktəb olduğunu vurğulayaraq, qəzetin Azərbaycan jurnalistikasında özünəməxsus yer tutduğunu bildirib. O, 1989-cu ildə “Azərbaycan” qəzeti ilə əməkdaşlıq etmiş jurnalistləri Mətbuat Şurasının fəxri diplomları ilə təltif edib.

Tədbir çıxışlarla davam edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO