Müsahibə 11.02.2025 18:30

“Qafqaz geosiyasi mübarizə yox, əməkdaşlıq yeridir” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı Milli Məclisin deputatı Fariz İsmayılzadə olub.

O, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri kimi, bu günlərdə Böyük Britaniyaya səfərindən, iki ölkə arasındakı münasibətlərdən, bir neçə ay əvvəl Bakıda COP29 ilə bağlı keçirilən beynəlxalq tədbirdən, Azərbaycanın beynəlxalq çağırışların həllindəki rolu, qlobal iqlim təşəbbüslərinə sadiqliyinin  beynəlxalq səviyyədə dəyərləndirilməsindən söz açıb: “Britaniya ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Azərbaycan qlobal diplomatiyanın episentrinə çevrilib. Azərbaycan iqtisadiyyatını ənənəvi enerjidən yeni “Yaşıl Texnologiyalara” çevirir”.

Parlamentin üzvü Ermənistanın bu ilin yanvar ayında ABŞ ilə strateji tərəfdşlıq sazişi imzalaması, Avropa İttifaqının qondarma müşahidə missiyası müddətinin uzadılması, Baş nazir Nikol Paşinyanın bu günlərdə Zəngəzur dəhlizinin Ermənistanın jurisdiksiyası altında açılması ilə bağlı açıqlamasına münasibət bildirib: “Ermənistan silah tədarük edən “yeni qardaşlar” tapmağa çalışır. Qafqaz geosiyasi mübarizə yeri yox, əməkdaşlıq yeridir. Zəngəzur dəhlizi bütün regiona böyük fayda gətirəcək. Zəngəzur dəhlizi türk dünyasının birləşməsinə maneə ola bilməz”.

Onun sözlərinə görə, dünyada çaxnaşma yaradan ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) uzun illər ABŞ-nin xarici siyasətinin aləti olub və indi bir çox ölkələrin hörmətini və etibarını itirib.

Azərbaycan-Avropa Şurası münasibətlərinə toxunan deputat deyib ki, Avropa Şurası demokratiyanı inkişaf etdirmək məqsədi ilə yaradılıb. Ancaq təəssüf ki, bu, özünü doğrultmur və Azərbaycan əhalisi Avropa Şurasının ideallarından məyus olur.

F.İsmayılzadə sonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, eləcə də Qərbi Azərbaycana qayıdış məsələsindən danışıb: “Təbii ki, tez və ya gec azərbaycanlıların təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura qayıdışı reallaşacaq. Regionda dinc yanaşı yaşamaq istiqamətində müsbət addımlar atılıb. Dünya Qərbi Azərbaycandan olan qaçqınlar problemindən getdikcə daha çox xəbərdar olur. Beynəlxalq hüquqa görə insanların öz doğma torpaqlarına qayıtmaq hüququ var. Ermənistan hökuməti təhlükəsiz qayıtmağa zəmanət verməlidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə fevralın 11-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

« Кавказ – место не для геополитической борьбы, а для сотрудничества» 

Сегодня Бакинское телевидение подготовило очередной выпуск на русском языке в рамках проекта «Хроника Западного Азербайджана».

Как сообщает Rakus.az, гостем ведущей Эллады Сарван был депутат ММ Фариз Исмаилзаде.

Как глава рабочей группы по межпарламентским связям Азербайджан-Великобритания, он рассказал о своем недавнем визите в Великобританию, отношениях между двумя странами, международном мероприятии, состоявшемся несколько месяцев назад в Баку в связи с COP29, роли Азербайджана в решении международных вызовов и международной оценке его приверженности глобальным климатическим инициативам: «Отношения между Великобританией и Азербайджаном развиваются во всех сферах. Азербайджан стал эпицентром мировой дипломатии. Азербайджан трансформирует свою экономику с традиционной энергетики на новые «зеленые технологии»».

Депутат прокомментировал подписание Арменией соглашения о стратегическом партнерстве с США в январе этого года, продления так называемой наблюдательной миссии Евросоюза, а также недавнее заявление премьер-министра Никола Пашиняна относительно открытия Зангезурского коридора под юрисдикцией Армении: «Армения пытается найти «новых братьев», поставляющих оружие. Кавказ – место не для геополитической борьбы, а для сотрудничества. Зангезурский коридор принесет большую пользу всему региону. Зангезурский коридор не может быть препятствием на пути объединения тюркского мира».

По его словам, Агентство США по международному развитию (USAID), вызвавшее панику в мире, долгие годы было инструментом внешней политики США, а теперь потеряло уважение и доверие многих стран.

Касаясь отношений Азербайджана и Совета Европы, депутат отметил, что Совет Европы создан с целью развития демократии. Но, к сожалению, это себя не оправдывает и население Азербайджана разочаровывается в идеалах Совета Европы.

В завершение Ф.Исмаилзаде рассказал о подписании мирного соглашения между Арменией и Азербайджаном, а также вопросе возвращения в Западный Азербайджан: «Конечно, рано или поздно возвращение азербайджанцев в Западный Азербайджан, включая Западный Зангезур, будет реализовано в условиях безопасности. Предприняты позитивные шаги в направлении мирного сосуществования в регионе. Западный мир все больше осознает проблему беженцев из Западного Азербайджана. Согласно международному праву, люди имеют право вернуться на родную землю. Правительство Армении должно гарантировать безопасное возвращение».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось на русском языке 11-го февраля в 18:30 на YouTube-канале и в 19:30 на Baku TV.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO