İdman 24.08.2020 11:34

Azərbaycan qrup oyunlarını lider başa vurdu

Xəbər verdiyimiz kimi, iyulun 25-də Azərbaycan komandasının da iştirak etdiyi Ümumdünya Şahmat Olimpiadası start götürüb. Sayca 44-cü olan bu nüfuzlu yarışın həlledici mərhələsinin – top-divizionun oyunlarının yekunlarına görə dörddəbir final və pley-off mərhələsinin iştirakçıları müəyyənləşib.
Sevindirici haldır ki, 163 komandanın iştirakı ilə 5 divizion (baza, dördüncü, üçüncü, ikinci və top divizion) üzrə keçirilən yarışların ən yüksək mərhələsi olan top-divizionda Azərbaycan komandası qrup oyunlarını lider kimi başa vuraraq dörddəbir finala birbaşa vəsiqə qazanıb.
Qırx komandanın qatıldığı top-divizionun B qrupunda milli komandanın bayrağı altında ən yaxşı azərbaycanlı oyunçular, o cümlədən son vaxtlar özünü tanıdan gənc şahmatçılar yer alıblar. Komandamızın əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva çıxış edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları salınıb. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Şahmatçılarımız mübarizənin birinci günündən inamlı oyun nümayiş etdiriblər. Avqustun 21-də keçirilən oyunlarda Niderland (3,5:2,5), Macarıstan (5:1), Cənubi Afrika Respublikasının (5,5:0,5) yığmaları üzərində inamlı qələbədən sonra komandamız qrupun liderinə çevrilib. Avqustun 22-də – ikinci günün qarşılaşmaları yığmamız üçün o qədər də uğurlu olmayıb. Belə ki, Ukrayna və Qazaxıstan komandalarına 2,5:3,5 məğlub olan komandamız yalnız Slovakiya yığmasına qalib gəlib (5:1). Azərbaycan komandası bu nəticə ilə 8 xalla qrupda beşinci sırada qərarlaşıb.
Avqustun 23-də top divizionun son turlarının oyunlarında komandamız nümayiş etdirdiyi əzmkarlıq nəticəsində hətta qrupun favoriti Ukrayna yığmasını belə geridə qoyaraq birinci yeri tutub. Millimiz son turlarda əvəlcə İspaniya yığmasını 4:2 hesabla məğlubiyyətə uğradıb. Bu qələbə sayəsində Azərbaycan 5-ci yerdən 3-cü yerə yüksəlib. Günün növbəti görüşünü səkkizinci tur çərçivəsində Norveç yığması ilə keçirən şahmatçılarımız böyük hesablı qələbə qazanmaqla (5,5:0,5) ikinci pilləyə yüksəlib. Günün sonuncu qarşılaşmasında Fransa yığması üzərində 3,5:2,5 hesablı qələbə qazanan komandamız aktivinə 14 xal yazdıraraq qrup oyunlarını lider kimi başa vurub.
Macarıstan (14 xal) və Ukrayna (13 xal) müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. B qrupunda Macarıstanın keçirdiyi oyunları xüsusi qeyd etmək olar. İkinci diviziondan top diviziona yüksələn macarlar, demək olar ki, liderlər qrupunda mübarizə aparıblar.
Bu qrupda mübarizənin çox gərgin şəraitdə getdiyini demək olar. Son turların oyunları xüsusilə həyəcanverici olub. Məhz son günün ilk qarşılaşmasında, 7-ci turda Azərbaycanın İspaniyanı (4:2), Macarıstanın Qazaxıstanı (3,5:2,5), Ukraynanın Hollandiyanı (4,5:1,5) məğlub etməsi maraqlı məqamlarla yadda qalıb. Məhz bu üç qalib komanda növbəti mərhələyə keçib.
Digər qrupların oyunlarına gəldikdə A qrupunda gözlənildiyi kimi, birinci yerin sahibi Çin və Hindistanın bir-biri ilə qarşılaşdığı ən son turda müəyyənləşib. Belə ki, Çini 4:2 hesabla məğlub edən Hindistan dörddəbir finala yüksəlib. Çin üzərində həlledici qələbədən əvvəl Hindistan daha iki güclü rəqibini Gürcüstan (4:2) və Almaniyanı (4,5:1,5) məğlub edib. Çin və Almaniya komandaları isə pley-offa vəsiqə qazanıblar.
Rusiya mübarizə apardığı C qrupunda sonadək liderliyini qoruyub və 18 xalla rəqiblərini xeyli üstələyib. Bu qrupda Bolqarıstanın ilkin sıralamada yeddinci olmasına baxmayaraq ikinci yeri tutması gözlənilməz nəticə kimi qeydə alınıb. Birinci turda Rusiyadan ciddi məğlubiyyət aldıqdan (4,5:1,5) sonra tez bir zamanda hər şeyi öz xeyrinə dəyişən bolqarlar ikinci 2-ci turda Ermənistanı məğlub etdikdən sonra yalnız irəli gediblər. Bolqarıstan yığması əla performansını son turda İngiltərəyə 5:1 hesabı ilə qalib gəlməklə başa vurub. Üçüncü yeri tutan Ermənistan (12 xal) onunla eyni xala malik olan Rumıniyanı əlavə göstəricilərə görə kiçik hesabla üstələyib.

Onlayn Şahmat Olimpiadasının D qrupunda elə də böyük sürprizlər olmadığını deyə bilərik. Çünki start sıralamasında ilk 5 yeri tutan üç komanda ilk üç yeri tutub: ABŞ (15 xal) birinci yeri tutduğuna görə dörddəbir finala vəsiqə qazanıb. Yunanıstan (15 xal) və Polşa (13 xal) komandaları isə pley-offda mübarizə aparacaqlar.

Avqustun 27-də yığmamız dörddəbir final mərhələsində gücünü sınayacaq. Ümumdünya Şahmat Olimpiadası avqustun 31-dək davam edəcək.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO