İqtisadi 16.04.2019 23:20

Azərbaycan regional qovşağa çevrilib – RƏY - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC Moskvada “TransRussia-2019” XXIV Beynəlxalq nəqliyyat-logistika və nəqliyyat texnologiyaları sərgisində təmsil olunub.

Rakus.az xəbər verir ki, aprelin 15-dən 17-dək davam edəcək sərgidə 27 ölkədən 395-dən çox şirkət müxtəlif nəqliyyat növləri ilə yüklərin daşınması, liman və terminallarda yüklərin idarə edilməsi, əndazəsiz yüklərin daşınması üzrə xidmətlərini təqdim edirlər.

Sərgidə ilk dəfə olaraq, Azərbaycan milli pavilyonu fəaliyyət göstərir. 120 kvadratmetr sahədə qurulan pavilyonda “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının stendləri yerləşir. Hər üç şirkətin nümayəndələri sərgi iştirakçılarına ölkəmizin tranzit imkanları, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanları və üstünlükləri barədə ətraflı məlumat veriblər. Azərbaycanın milli pavilyonu media nümayəndələrinin də diqqət mərkəzində olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov sərgini işıqlandıran media nümayəndələrinə müsahibə verib, onları maraqlandıran sualları cavablandırıb. Bildirib ki, son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib.

Sərginin ilk günündə ziyarətçilərin sayı 16 mini keçib. Azərbaycanı təmsil edən qurumların stendləri də xüsusi marağa səbəb olub. Stendlər həm vizual, həm də informasiya dolğunluğuna görə digərlərindən fərqlənir. Müşahidəçilər ötən illərlə müqayisədə istər sərgidə iştirak edən şirkətlərin, istərsə də ziyarətçilərin Azərbaycanın nəqliyyat sahəsinə marağının artdığını qeyd edirlər. Sərgi çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. Konkret mövzular ətrafında fikir mübadiləsi aparılıb, işgüzar əlaqələrin qurulması barədə ilkin razılıq əldə edilib.

Sərgidə təmsil olunan şirkət nümayəndələrinin iştirakı ilə qala-gecə keçirilib. Azərbaycanın milli stendi “Ən yaxşı milli ekspozisiya” nominasiyası üzrə qalib elan olunub.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO